İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazirin atasının heykəli uçuruldu - EKSKLÜZİV

42470 29.10.2015 20:14 Son xəbər A A

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb. Bu barədə Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazıb.


Onun sözlərinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.







Əhməd Mahmudov


Oğlunun nazir olduğu vaxt 

Qeyd edək ki, sabiq nazirin atası Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olub.

Qeyd edək ki, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR