İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq maliyyə naziri yeni təşkilat yaratdı

6050 23.11.2014 20:15 Son xəbər A A
Sabiq maliyyə naziri Fikrət Yusifov yeni təşkilat yaradır. Bu barədə “AzerFax”a (AFA) sabiq nazirin yaxın ətrafından məlumat verilib. Məlumata görə, yeni iqtisadi layihələr üzərində işləyən F.Yusifov bu günərdə  təşkilat yaradaraq onu dövlət qeydiyyatından keçirib. İqtisadi yönümlü bu QHT-nin adı barədə hələlik məlumat verilməsə də təşkilatın xüsusi iqtisadi araşdırmalar aparacağı və beynəlxalq təcrübələri də əhatə edəcək maliyyə məsələləri üzrə yeni təşəbbüslərlə çıxış edəcəyi bildirilir.  “Yeni təşkilatın formalaşması prosesi yekunlaşmaq üzrədir. Hazırda işçi heyətinin və təşkilata mütəxəssislərin cəlb olunması məsələsi üzərində işlər aparılır” – deyən mənbə əlavə edib ki, sabiq nazir yaxın günlərdə mətbuat konfransı da keçirməyə hazırlaşır.

Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-da anadan olub. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi bitirib və həmin ildə də Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib.

Əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

1992-ci ilin oktyabr ayına kimi institutun "Maliyyə-iqtisad" fakültəsinin dekan müavini vəzifəsində işləyib.

1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.

2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR