İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

2429 20.01.2017 02:27 Son xəbər A A
Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Moskvada keçirilən görüşdə  Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
 
Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.    
 
“Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.
 
Tərəflər həmçinin aktual regional və beynəlxalq problemləri müzakirə ediblər.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR