İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya qoşun yeridir - müharibə şiddətlənəcək – FOTO və VİDEO

9291 02.11.2014 21:36 Son xəbər A A

Qərb jurnalistləri bölgəyə 40 silah yüklü “Kamaz”ın daxil olduğunu iddia edirlər 

Musavat.com “Agence France-Presse”ə istinadən  xəbər verir ki, Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya qoşunlarının və hərbi ləvazimatın separatçıların nəzarət etdiyi ərazilərə intensiv hərəkəti müşahidə olunur: “Biz bunu aydın müşahidə edirik. Rusiya Federasiyası ərazisindən düşmən qüvvələr terrorçuların müvəqqəti nəzarət etdiyi əraziyə yeridilir”, Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Andrey Lisenki agentliyə bildirib. 

Agentlik qeyd edir ki, “Agence France-Presse”in əməkdaşları  separatçıların əsas mərkəzi şəhəri Donetskə 20 yük maşının daxil olduğunu görüblər. Həmin yük maşınlarında hava hücumlarının qarşısını almaq üçün istifadə olunan silahlar olub. Bəlli deyil ki, bunlar yeni göndərilmiş maşınlardır, yoxsa yerdəyişmə edilir.

Pro-Russian rebels sit in their car in Donetsk, eastern Ukraine, Sunday, Sept. 7, 2014. Strong explosions were heard early Sunday on the outskirts of the main rebel-held city in eastern Ukraine near the airport, raising new fears that a cease-fire signed two days ago is on the verge of collapse. Blasts powerful enough to be heard in downtown Donetsk came from the area near the airport, which has been under the control of government troops since May and has come under unremitting attacks from pro-Russia separatist rebels since then. (AP Photo/Sergei Grits)

Qərbə bağlı jurnalistlər qeyd edirlər ki, Donetsk yaxınlında qoşunların hərəkəti aydın görünür.

“buzzfeed.com” və “mashable.com” saytlarının əməkdaşları  “Tweeter”də yazıblar ki, onlar iri hərbi karvan görüblər. 31 ədəd “Kamaz” maşını hərbi yükləri daşıyırmış. Karvanda silahlılarla dolu avtobuslar da olub. Digər Qərb jurnalistləri isə karvanda 40 maşının olduğunu yazıb.

Pro-Russian rebels drive an armored truck in Donetsk, eastern Ukraine, Sunday, Sept. 7, 2014. Strong explosions were heard early Sunday on the outskirts of the main rebel-held city in eastern Ukraine near the airport, raising new fears that a cease-fire signed two days ago is on the verge of collapse. Blasts powerful enough to be heard in downtown Donetsk came from the area near the airport, which has been under the control of government troops since May and has come under unremitting attacks from pro-Russia separatist rebels since then. (AP Photo/Sergei Grits)

 Hərbi karvanın video görüntüləri YouTube-da yayıldıqdan sonra Ukraynanın 5-ci kanalı həmin kadrları yenidən paylaşıb. Videoda aydın görünür ki, iri hərbi karvan hansısa şəhərin içindən keçib gedir. 

Rusiya dərhal Kiyevin bu iddiasını rədd edib. Agentlik qeyd edir ki, buna baxmayaraq, Rusiya açıq şəkildə özünü müstəqil elan etmiş bu iki bölgəyə siyasi və hərbi dəstək verir. 

 Separatçılar da Rusiyadan yardım aldıqlarını inkar edirlər. Ortada olan silahların bir hissəsini Ukrayna ordusundan qənimət olaraq əl keçirdiklərini bildirirlər. 

Separatçıların lideri deyib ki, onlar öz ərazilərini genişləndirmək fikrindədir. Azov dənizi sahilindəki Mariopolu da əl keçirməyi düşünürlər. 

Məlum olduğu kimi, Rusiya artıq Krımı ələ keçirib və oranı Rusiyanın bir hissəsi elan edib.

 

Elbəyi Həsənli, musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR