İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycana yeni zenit-raket kompleksləri verib

6967 17.01.2017 18:41 Son xəbər A A
Böyük Britaniyanın “DailyStar” nəşrinin analitiki PiterTrumen özünün “Putinin son silahı havada Amerika raketlərini üfürəcək” adlı məqaləsində Rusiyanın modifikasiya olunmuş, raket və hava hücumundan müdafiə əleyhinə nəzərdə tutulan “Top” zenit-raket kompleksindən yazıb. 

Musavat.com-un haqqin.az-a istinadən verdiyi məlumata görə, məqalədə müəllif adı çəkilən komplekslərin Rusiya ilə yanaşı, hazırda Azərbaycanın da istifadəsində olduğunu iddia edib. Analitik iddia edib ki, Rusiyanın bu məhsulu yüksək dəqiqlikli, idarə edilən raketləri, o cümlədən ABŞ bombardmançılarının “AmericanPaveway” raketlərini məhv eləmək qabiliyyətindədir.

Məqalədə deyilir ki, həmin sistemlər mühüm iqtisadi, inzibati və hərbi obyektləri, quru qoçun birləşmələrinin ön eşelonlarını RLS və qanadlı raketlərin, məsafədən idarə olunan uçan aparatların, təyyarə və vertolyotların hücumlarından qorumaq üçün nəzərdə tutulub. Müəllif yazır ki, kompleksin əsas xüsusiyyəti gedə-gedə, fasilə vermədən atəş açmasıdır.
Əlavə edək ki, Rusiya KİV-i Bakıya 8 vahid “Top” zenit-raket kompleksinin verildiyini yazmışdı. 

Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR