İnsanlara hürriyət, millətlərə istiqlal!

QUDAL təşkilatı: "İlham Əliyev dünyada ən yaxşı prezidentdir"

2704 13.06.2014 10:46 Son xəbər A A
Redaksiyamızın ünvanına QUDAL – QUality meDAL, Beynəxalq ICERTIAS – International Certification Association təşkilatında daxil olan məktubda göstərilir ki, İlham Əliyev dünyada ən yaxşı prezident seçilib.

Məktubun sərlövhəsi məhz bu cürdür:

İlham Əliyev dünyada ən yaxşı siyasətçi kimi seçilmişdir   

Daha sonra göstərilir ki, İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev
 
Qeyd olunur ki, sorğu azərbaycanlı vətəndaşlar arasında və bu ilin may ayında 15 yaşdan yuxarı 1 200 Azərbaycan vətəndaşı arasında keçirilib. 
 
Verilən informasiyaya görə, respondentlərə ünvanlanan sual belə olub: 
 
“Sizcə, hal-hazıırda dünyada ən yaxşı siyasətçi kimdir?” 
 
Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur - “İlham Əliyev”.

Təşkilat qeyd edir ki, İlham Əliyev həmçinin, ən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir. 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR