İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat

2276 20.01.2017 23:29 Son xəbər A A
Yanvarın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar qurbanlarının nurlu xatirəsi anılıb.

Axar.az xəbər verir ki, əvvəlcə yanvarın 19-dan 20-nə keçən Bakıda həlak olmuş qəhrəmanların memorialı, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə əklil və gül dəstələri qoyulub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu matəm tədbirini açaraq 27 illik tarixi olan hadisələrə qısa ekskurs edib. O vurğulayıb ki, bu faciəli tarix xalqımızın qan yaddaşından silinməyəcək.

Səfir bildirib ki, ölkəyə nəzarəti itirməkdə olan sovet rəhbərliyi o məşum gecədə dəhşətli qırğın törədib. Qara Yanvar hadisələrindən sonra insanlar başa düşdülər ki, belə bir ölkədə yaşamaq olmaz. Səfir deyib: “Azərbaycan bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmir. 20 Yanvar sovet rəhbərliyinin son çırpıntıları idi”.

P.Bülbüloğlu vurğulayıb ki, başqa ölkələrdə, o cümlədən Rusiyada yaşayan azərbaycanlılar 1990-cı ilin 20 yanvar faciəsini heç vaxt unutmamalıdırlar. O deyib: “Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin barelyefi qoyulub. Bu barelyef o dəhşətli hadisənin səhəri o vaxtlar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi adlandırılan bu binaya gələn, sovet rəhbərliyini çox kəskin pisləyən və bu hadisəni cinayət adlandıran Heydər Əliyevə ehtiramın əlamətidir. Bu addım çox böyük bir risk idi. Heydər Əliyev Yanvar hadisələrinə qiymət verən və onları cinayət adlandıran ilk siyasi xadimdir”.

20 Yanvar qurbanlarının Bakıdakı Şəhidlər xiyabanında dəfn edildiyini bildirən Azərbaycan diplomatı fikrini belə tamamlayıb: “Bakıya gələn bütün xarici nümayəndə heyətləri, o cümlədən Rusiya Federasiyasının Prezidenti Şəhidlər xiyabanını ziyarət edir, əklil və güllər qoyurlar. Azərbaycan xalqı şəhidlərin xatirəsinə ehtiramlı münasibəti yüksək qiymətləndirir”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti, tibb elmləri doktoru, professor Fazil Qurbanov bildirib ki, bu faciə heç vaxt yaddaşlardan silinməyəcək. O qorxunc günləri xalqa unutdurmaq mümkün deyil.

Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Azərbaycan 1990-cı il yanvarın 20-də əvəzolunmaz itkilər verib. Bu gün sözün həqiqi mənasında ümumxalq hüzn günüdür. Mən Şəhidlər xiyabanında qəhrəmanların məzarları üstünə dəfələrlə gül qoymuşam və bu simalara diqqətlə baxmışam. Həlak olanlar arasında gənclər lap çoxdur. Bu isə o deməkdir ki, onların övladları və nəvələri doğulmadı. Bizim vəzifəmiz belə dəhşətli cinayətlərin və belə kədərli tarixlərin bir daha təkrarlanmaması üçün səylərimizi əsirgəməməkdir”.

D.Savelyevin fikrincə, 20 Yanvar faciəsinə və başqa cinayətlərə hüquqi-siyasi qiymət verilməlidir. Deputat deyib: “Zənnimcə, M.Qorbaçov etdikləri bütün əməllərə görə məhkəmədə cavab verməlidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR