İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin 100 milyard üçün Türkiyəyə gedir

8020 19.11.2014 17:25 Son xəbər A A
Rusiya prezidenti Vladimir Putin 100 milyard dollarlıq ticarət üçün Türkiyəyə gedir. 

Avropa.info-nun məlumatına görə, Putini Türkiyə səfərində 10 rus nazir müşayət edəcək. 

Rusiya prezidentinin Türkiyəyə səfərinin məqsədi Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirakıdır. Putin iclasa Ərdoğanla birlikdə sədrlik edəcək. 

Görüşlərdə iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çıxarılması danışılacaq. 

Toplantıda iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq müzakirə olunacaq.

Bundan başqa Türkiyədən Rusiyaya meyvə və tərəvəz ixracı, Rusiyada yaranan qıtlığın aradan qaldırılması ilə bağlı danışıqlar aparılacaq.

Enerji sahəsində isə Ağquyu nüvə stansiyasında işlərin sürətləndirilməsi danışılacaq. 

Qeyd olunur ki, stər Ankara, istərsə də Moskva 30 milyard dollarılıq ticarət həcmini 2020-ci ilə qədər 100 milyard dollara çıxarmağa maraqlıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR