İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Qarabağ separatçılarının sponsoruna 7 il həbs istədi

1689 12.04.2016 18:54 Son xəbər A A
Aprelin 12-si Rusiya paytaxtı Moskvada erməni biznesmen Levon Ayrapetyanın məhkəməsi davam edib. Novator.az xəbər verir ki, Zamoskvoretski məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı biznesmenə 7 il azadlıqdan məhrumetmə cəzası istəyib. Prokuror Ayrapetyanın zərərçəkənə 20,8 milyon rubl ödəməsini də təklif edir.

İttihama görə, Ayrapetyan 700 min ABŞ dollarını dələduzluqla mənimsəyib. İstintaq müəyyən edib ki, biznesmen terrorçuluq və digər ağır cinayətlər üstündə məhkum olunmuş sabiq senator İqor İzmestyevin cəzasının yüngülləşdirilməsi vədi ilə onun anasından 700 min dollar qoparıb.

Ayrapetyanın üstündə daha bir cinayət işi var. O, 2009-cu ildə “Başneft” şirkətinin “Sistema” adlı quruma satılmasında günahlandırılır. “Başneft” uzun sürən arbitraj prosesində dövlətə qaytarılıb.

Ayrapetyan 2014-cü il iyulun 15-də tutulub, sonradan sərbəst buraxılıb.

Erməni diasporunun ən varlı nümayəndələrindən olan Levon Ayrapetyan 1949-cu ildə Dağlıq Qarabağın Vəng kəndində doğulub. O, Dağlıq Qarabağda separatçı rejimin yaradılmasında və maliyyələşməsində fəal iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR