İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama: ''Konqres 9/11 Səudiyyəyə qarşı olan iddia qanunu ilə bağlı səhv etdi''

1052 29.09.2016 10:09 Son xəbər A A
ABŞ prezidenti Obama deyib ki, Konqres onun qoyduğu vetonun üstündən keçərək 9/11 hücumları ilə bağlı Səudiyyə Ərəbistanına qarşı rəsmi olaraq fəaliyyətə başlamağa imkan verən qanun layihəsi ilə "səhv" edib.

O deyib ki, bu qanun layihəsi ABŞ hökumətini məhkəməyə vermək üçün dünyada bütün fərdi şəxslərə qaşı "təhlükəli presedent" yaradacaq.

Çərşənbə günü keçirilən səsvermədə ilk dəfə idi ki, cənab Obamanın qoyduğu veto ləğv olunurdu.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan etiraf edib ki, qanun layihəsi mili təhlükəsizlik üçün "ciddi nəticələrə" gətirib çıxaracaq.

O əlavə edib: "[qanun layihəsinin] Mənfi potensialı böyükdür."

Terror Sponsorlarına qarşı Ədalət (The Justice Against Sponsors of Terrorism (JASTA)) qanunu 9/11 hadisə qurbanlarının ailələrinə imtiyaz verir ki, onlar hücumda rol oynamaqda şübhəli bildikləri istənilən Səudiyyə Ərəbistan hökumət nümayəndəsini məhkəməyə versin.
19 hücumçüdan 15-i Səudiyyə Ərəbistan millətindən idi, lakin hökumət 3000-ə yaxın insanın ölümünə səbəb olan hücumda iştirakını təkzib edir.

Cənab Obama çərşənbə günü CNN-ə deyib: "Bu, təhlükəli presedentdir və bu onun misalıdır ki, bəzən sən niyə çətin olan şeyləri etməli olursan.

Düzünü desəm, mən arzu edirəm ki, Konqres bu məqamda çətin olanı etsin.

Mənim narahatlıqlarımın Səudiyyə Ərəbistanıyla heç bir əlaqəsi yoxdur.

"Bu mənim özümlə bağlıdır. Biz bütün dünya üzrə etdiyimiz işlərə görə öhdəliklərə məruz qoyduğumuz vaxtda qanun layihəsi səbəbindən qəfil özümüzü bu situasiyada görmüş oluruq."

Ağ Ev sözçüsü Josh Earnest jurnalistlərə deyib ki, səsvermə onillik boyunca "ABŞ Senatında edilən yeganə ən utancverici şeydir".

Demokratlardan Nyu York senatı Chuck Schumer deyib: "Biz, ailələr və ədalətin bərqərar olmasında daha maraqlıyıq" (BBC).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR