İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müsəlmanları qeydiyyata almaq istəsən, hamımız müsəlman olaraq …” – Amerikalı yazıçıdan Trampa xəbərdarlıq

2648 23.01.2017 15:41 Son xəbər A A
ABŞ-ın məşhur yazıçı və jurnalisti Qloria Steinem ölkəsinin yeni seçilən prezidenti Donald Trampa müsəlmanlarla bağlı müraciət ünvanlayıb.

Avropa.info xəbər verir ki, Steinem Trampa müraciətində “Bizi bölməyə çalışma. Əgər müsəlmanları qeydiyyata almağa çalışırsan, hamımız müsəlman olaraq qeydiyyatdan keçərik” deyə bildirib.

Müsəlmanların, ölkələrinin İslam coğrafiyasını qan gölünə çevirməsinə səsləri çıxmayan amerikalıların ağlına yeni gəlməsi isə bütün təbəqələr tərəfindən maraqla qarşılanıb.
Yeni seçilən ABŞ prezidenti Donald Trampa səslənən feminist yazar və jurnalist Qloria Steinem qadınlarla bağlı təşkil olunan yürüşdə Trampa səslənib.

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Oval Ofisdəki ilk gününü keçirdiyi əsnada onun əleyhdarı olan qadınlar Vaşinqton küçələrini doldurub. 200 mindən çox adamın iştirak etdiyi etiraz aksiyasında bir çox məşhur sima da iştirak edib.

Trampın andiçmə mərasimindəki çıxışında əsla tuta bilməyəcəyi sözlər verdiyini vurğulayan Steinem sözlərin əbelə davam edib:

“Ondan əvvəl olan hər şey fəlakət idi və onun edəcəyi hər şey mükəmməl, fantastik və möcüzəvi olacaq. İctimaiyyətlə birlikdə olduğunu deyir. Hətta xalqdan biri olduğunu… Burada məşhur bir sözlə açıqlamaq istəyirəm: İctimaiyyətlə tanış oldum və sən onlardan bir deyilsən. Xalq olan bizik.”

Psixiatriya üzrə üç professorunun Trampın psixoloji olaraq xəstə ola biləcəyinə dair xəbərdarlıq məktubu yazdığını söyləyən Steinem “Amerika psixiatriya assosiasiyasında bəzi təcrübəli həkimlər yazdıqları məktubda, Trampın bəzi mental xəstəliklərin əlamətlərini daşıdığını bildirir. Tənqidlərə qarşı çox həssas və impulsiv olan, həqiqət ilə fantaziya arasındakı fərqi ayırd etmək qabiliyyəti olmayan bir adamın bu geniş məsuliyyətli vəzifə üçün uyğun olub olmadığı müzakirə olunmalıdır”, – deyə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR