İnsanlara hürriyət, millətlərə istiqlal!

Motosikletçilər Vaqif Əsədovun sözünü yerə salmadılar

3084 25.11.2014 12:26 Son xəbər A A
“Bu gün də iki motosikletçi saxladıq. Hər keçən gün qaydanı pozanlar azalır”.  Bu sözləri “Yeni Müsavat”a Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov keçirilən reydlər barədə açıqlmasında bildirib. Onun sözlərinə görə, qaydanı pozan motosikletçilərə qarşı keçirilən reydlər öz bəhrəsini verməkdədir: “Reyd keçirilən gündən bir neçə motosikletçi saxlanılıb. Onlar daha çox sürücü sənədləri olmadığı üçün nəzarətə alınıb,  barələrində inzibati protokol tərtib edilib və motosikletlər cərimə meydançasına aparılıb. Lakin qeyd etməliyəm ki, keçirilən reydlərin nəticəsi kimi görürük ki, artıq motosikllet sürənlər 
xüsusi şinel və kaskalardan istifadə edir, qaydaları pozmamağa çalışırlar”.

Qeyd edək ki, bu günlərdə dövlət nişanı olmayan, texniki baxışdan keçməyən və s.  qanunvericilikdə qaydaları pozan motosiklet sürücülərinə qarşı ciddi reydlər başlanılıb. Vaqif 
Əsədov “Yeni Müsavat” vasitəsilə motosiklet sürənlərə bildirmişdi ki, bu baxımdan reydlər zamanı heç bir motosikletçiyə güzəşt edilməyəcək.

Xalidə Gərayeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR