İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan İrəvana ismarış

3895 21.11.2014 10:36 Son xəbər A A
"Rəsmi Moskva Ermənistan və Azərbaycan arasındakı problemə öz münaqişəsi kimi baxır."

ANS PRESS-in məlumatına görə, bunu erməni jurnalistlərə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr Karavayev deyib.

O, qoşunların təmas xəttində baş verən faciəli hadisəsindən danışıb və erməni politoloqlarının bir fikri ilə razılaşmadığını söyləyib: "Rusiya erməni vertolyotunun vurulmasını və regionda vəziyyətin qeyri-sabit olmasını istəməz. Ermənistanda Kremlin siyasətini yanlış qəbul edirlər. Düşünürlər ki, yalnız Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir. Lakin Azərbaycan Rusiya üçün silah bazarı baxımından çox sərfəli və əhəmiyyətlidir. Ancaq Moskva Ermənistana və Azərbaycana eyni təsirə malik ölkələr kimi yanaşır. Moskva bu münaqişəyə öz problemi kimi baxır." 

A.Karavayev vurğulayıb: "Bəzən İrəvanda bunu anlamırlar. Deyirlər ki, Rusiyanın strateji tərəfdaşı, KTMŞ üzvü Ermənistandır, Azərbaycan yox. Ancaq hər şey tamamilə belə deyil. İndiki vəziyyətdə real müttəfiqi elə də çox olmayan Moskva üçün hər ölkə əhəmiyyətlidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR