İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzənnələr üzüyuxarı…

3290 24.01.2017 12:27 Son xəbər A A
Yanvarın 24-də Mərkəzi Bank ABŞ dollarını yenə bahalaşdırıb. Novator.az-ın məlumatına görə, rəsmi kurs 1,8311 manatdan 1,8559 manata qaldırılıb.

Kursu dəyişməz qalan İran rialını çıxmaqla qalan valyutaların da qiyməti artıb. 1 avro 1,9957 manata, 1 BƏƏ dirhəmi 0,5053 manata, 1 gürcü larisi 0,6906 manata, 1 ingilis funt sterlinqi 2,321 manata, 100 İran rialı 0,0047 manata, 1 İsveçrə frankı 1,8606 manata, 1 Küveyt dinarı 6,0859 manata, 1 Rusiya rublu 0,0312 manata, 1 türk lirəsi 0,4939 manata satılır (Məzənnələr).

2015-ci ilin əvvəlində dolların rəsmi məzənnəsi 0,7844 manat idi. Həmin il kurs 1 manat 55 qəpiyə yüksəlib, 2016-cı ildə isə 1 manat 77 qəpiyi ötüb. 2017-ci il girəndən manat dollara nəzərən yenə ucuzlaşır. Mərkəzi Bank ilə 1,7707 manat məzənnədən başlayıb, sonrakı günlərdə belə artım qeydə alınıb: 1,7742 manat, 1,7867 manat, 1,8045 manat, 1,8311 manat.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR