İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqtay Zülfüqarov dəfn edildi - YENİLƏNİB, FOTOLAR

6206 31.08.2016 14:14 Son xəbər A A
Bu gün səhər saatlarında vəfat edən xalq artisti Oqtay Zülfüqarov dəfn edilib. 

Musavat com xəbər verir ki, bəstəkar II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət nümayəndələri iştirak edib.

Qeyd edək ki, xalq artistinin hər iki böyrəyinin fəaliyyəti dayanmışdı. O uzun müddətdir ki, müalicə alırdı.

****

Hazırda xalq artisti Oqtay Zülfüqarovla vida mərasimi davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nazir müavini Ədalət Vəliyev də mərasimdə iştirak edir.

Bəstəkarın mərasiminə Azərbaycan prezidenti də əklil göndərib.

*** 

Bu gün səhər saatlarında vəfat edən Azərbaycanın məşhur uşaq musiqisi bəstəkarı, SSR-nin əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarovla vida mərasimi keçirilir. 

Musavat.com xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasim artıq başlayıb. Bəstəkarla vidalaşmaq üçün ailə üzvləri və incəsənət xadimləri mərasimə gəlib.

O. Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, xalq artistinin hər iki böyrəyinin fəaliyyəti dayanmışdı. O uzun müddətdir ki, müalicə alırdı.

Könül İbrahimov
Musavat.com




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR