İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın evinə qumbara atan şəxs tutuldu

1644 18.04.2016 22:30 Son xəbər A A
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın evinə silahlı hücum edən şəxs saxlanılıb. 

ANS PRESS-in məlumatına görə, Ermənistanın Şenqavit rayonunda yaxalanan şəxsin Koçaryanın malikanəsinə qumbara atdığı ehtimal edilir.

Koçaryanın evinə silahlı hücum edən şəxs taksi sürücüsüdür.

Saxlanılan şübhəli şəxs 32 yaşlı Ovanes Muradyandır. Onun taksi sürücüsü olduğu bildirilir. Ermənistanın eks prezidentinın evinə silahlı hücum aprelin 15-də olunub. Bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan xəbər vermişdi.

Onun sözlərinə görə, sabiq prezidentin evinə hücum edilməsi xəbərini alan İrəvan polisi hadisə yerinə gəlib. Verilən ilkin məlumata görə, Koçaryanın malikanəsinə qumbara atılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Aşot Aqaronyan

Aşot Aqaronyan

Daha əvvəl Robert Koçaryanın böyük siyasətə qayıdacağı haqda xəbər yayılıb. Bu barədə "Qraparak" qəzeti öz mənbələrinə istinadla xəbər verib. Qəzet yazıb ki, bu günlərdə sabiq xarici işlər naziri Vardan Oskanyan və Robert Köçaryan intensiv formada böyük siyasətə qayıtmağın perespektivləri üzərində işləyir.

Robert Koçaryan 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan Respublikasının prezidenti seçilmişdi.  O, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib. Ermənistan müxalifəti Köçəryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edir. Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi ki, bu da ölkənin Rusiyadan asılılığını daha da gücləndirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR