İnsanlara hürriyət, millətlərə istiqlal!

JEM Batumi Forumundakı olaylara reaksiya verdi

869 21.11.2014 14:54 Son xəbər A A
Jurnalist Ekspert Mərkəzi (JEM)  “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan əleyhinə aprılan  qərəzli erməni təbliğatına etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: 
- “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən xoşagəlməz hadisədən təəssüfləndiyimizi bildiririk. Eyni zamanda, hesab edirik ki,  bu olayın da arxasında məkrli erməni siyasəti və Azərbaycana qarşı durmadan fəaliyyət göstərən erməni təbligat maşını dayanır.  
Yayılan xəbərlər, foto və video materiallardan aydın şəkildə görünür ki, Azərbaycana qarşı yönəlmiş aksiyanın təşkilatçıları arasında ermənilər var.  Xüsusi fəallıq nümayiş etdirən ermənilərin  bizə “ürək yandırması”, şübhəsiz ki,  insan haqları, söz və mətbuat azadlığı kimi prinsiplər müstəvisində şərh oluna bilməz. Bu, indiki həssas məqamda yalnız Azərbaycanın maraqlarına,  torpaqlarının işğaldan azad olunması istiqamətində atdığı addımlara xələl yetirmək,  işğal olunmuş ərazilərdəki erməniləri öz vətəndaşlarımız kimi qəbul  etdiyimiz barədə bəyanatlara kölgə salmaq məqsədinə hesablanıb. 
Aydındır ki, Azərbaycandakı hanısısa məhbusun taleyi erməniləri qətiyyən maraqlandırmır.  Onlara həmin məhbusun fotolarından yararlanıb Azərbaycanı qara rəngdə təqdim etmək və bu ölkədə yaşamağın mümkün olmadığına dair beynəlxalq ictimaiyyətin rəyini qazanmaq lazımdır. 
JEM hesab edir ki, ermənilərin bu məqsədinə hesablanmış aksiyalara dəstək vermək, başqa ölkələrin QHT təmsilçilərinin əli ilə Azərbaycanın yalnız mənfi obrazının yaradılmasına hesablanmış  fəaliyyət növləri ilə məşğul olmaq, elə erməni siyasətinə, Ermənistan dövlətinin maraqlarına xidmət etmək anlamına gəlir. Xüsusən indiki həssas məqamda qarşılaşdığımız bu kimi davranışlar bizə əsas hədəfimizə çatmaqda çətinliklər yaradır.
JEM Forumun işinin və dünənki asksiyanın işıqlandırlmasında yüksək peşəkarlıq göstərmiş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna təşəkkür etməklə yanaşı,  onun fəaliyyətinə kölgə salmağa yönəlmiş ittihamlara da etiraz edir. Bir jurnalistin üzərinə düşən vəzifələri yerinə yetirdiyinə görə qərəzli reaksiyalarla üzləşməsindən təəssüfləndiyimizi bildiririk.  Hesab edirik ki, Rauf Arifoğlunun Forumdan, onun işini işıqlandırmaqdan imtina etməyə məcbur olması  bilavasitə Avropa Birliyinin söz və mətbuat azadlığına göstərdiyi münasibətin bariz nümunəsidir.  Ölkələrdən söz və mətbuat azadlığı tələb edən beynəlxalq təşkilatlar bunu birinci növbədə özləri nümayiş etdirməlidirlər.  Batumi Forumu bizə əksini göstərdi”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR