İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbuldan Yerevana gizli uçuşlar həyata keçirilir

2448 25.11.2014 10:23 Son xəbər A A
Son günlər Türkiyə - Ermənistan münasibətlərinin istiləşməsi bu iki ölkədə olduğu kimi Azərbaycanda da yaxından izlənilir. 

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşaviri təyin etməsi, ardınca Ankara Universitetində reallaşan “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” konfransını bəzi ekspertlər bu iki ölkə arasındakı diplomatik münasibətlərin normallaşması isitqamətində atılan addım kimi dəyərləndirir. 

AZXEBER.COM-a daxil olan məlumata görə, bu günlərdə bir qrup jurnalist Türkiyədən Ermənistana reportaj hazırlamaq məqsədilə səfər edib. Ən maraqlısı isə odur ki, onların bu səfəri İstanbul Atatürk hava limanından birbaşa reyslə həyata keçirilib. 

Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, İstanbuldan Yerevana uçuş həyata keçirən şirkət "AtlasJet" imiş. Uçuş hər həftənin bazar günü axşam saatlarında həyata keçirilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR