İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda törədilmiş terrorun heç yerdə görmədiyiniz görüntüləri – Video

3424 19.01.2017 13:48 Son xəbər A A
İstanbul şəhərində yerləşən “Reina” gecə klubunda baş verən terror hadisəsinin yeni görüntüləri yayılıb.

Avopa.info xəbər verir ki, görüntülər Türkiyənin Kanal D kanalının xəbərlər buraxılışında yayımlanıb.

Görüntülərdə yerə uzanan bir nəfərin terrorçuya təpik atması yer alıb. Bu zaman terrorçunun əlindəki “flashbang”ı partlatması kadrları görünür.

Partlayışdan sonra bir müddət yerdən qalxa bilməyən terrorçu ayağa qalxaraq hadisə yerindən uzaqlaşır. Gecə klubunu tərk edən terrorçu polislərə yaralı olduğunu deyərək onların diqqətindən yayına bilir.

Xatrıladaq ki, dekabrın 31-də Yeni il gecəsi İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda terror hadisəsi baş verib. AK-47 avtomatı və əl qumbarası ilə törədilən terror aktı zamanı 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı terror aktını törədən 1983 təvəllüdlü Abdülqədir Maşaripov yanvarın 17-də həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR