İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ermənistanı iqtisadi izolyasiyadan xilas edir

5300 22.12.2016 11:42 Son xəbər A A
Ermənilər İran prezidenti Həsən Ruhanininn İrəvana gəlişindən çox şey umurlar.

Ermənistan mətbuatı Həsən Ruhaninin İrəvana gəlişi ilə iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişlənəcəyindən yazıb.

Buraya təhlükəsizlikdən tutmuş, energetika, iqtisadi, nəqliyyat, turizm kimi bir çox sahələr daxildir.

Bütün bu məsələlər iki dövlətin  prezidentlərinin birgə bəyanatında öz əksini tapıb.

Həsən Ruhani və Serj Sərkisyan İrəvanda təşkil olunan biznes-foruma da qatılıblar.

Картинки по запросу sargsyan ruhani biznes forum

Həmin forumda çıxış edən Həsən Ruhani İran və Ermənistan xalqlarının əsrlər boyu mehriban qonşuluq münasibətində yaşadığını və eyni sivilizasiya mühitinin tərkib hissələri olduğunu qeyd edib.

O, İran və Ermənistanın beynəlxalq təşkilatlarda əməkdaşlıq ənənəsinin olduqca yaxşı olduğunu və gələcəkdə bu tendensiyanın davam edəcəyi barədə yekdil rəyə gəldiklərini vurğulayıb.

Erməni mətbuatı bu səfərdən sonra İran və Ermənistan arasında bir çox layihənin reallaşdıra biləcəyini qeyd edir.

İqtisadçı alim Aşot Yeqiazaryanın fikrincə, bu ilk növbədə nəqliyyat, tranzit, gömrük və energetika sahələrinə aiddir.

Elə Ermənistan prezidenti Serj Sərkisyan da iki ölkə prezidentlərinin qatıldığı biznes forumdakı çıxışında həmin sahələrə xüsusi diqqət ayırıb.

“Tehran rəsmi İrəvana İran körfəzini Ermənistan ərazisi vasitəsilə Qara dənizlə birləşdirəcək layihənin həyata keçirilməsi üçün bütün səyləri göstərməyi təklif edir”,- Yeqizaryan yazır.

Картинки по запросу Иран Армения Север-Юг

“Türkiyə və Azərbaycandan fərqli olaraq İranın Ermənistanla siyasi ziddiyyət və problemləri mövcud deyil. Bu layihənin gerçəkləşdirilməsi isə Ermənistanı dalan bölgə statusundan tranzit regiona çevirə bilər”,-ekspert bildirib.

Eyni zamanda Tehran bu dəhlizin yaradılması üçün özünün texniki və mühəndislik xidmətlərini də təqdim etməyə hazır olduğunu bildirib.

Hazırda Ermənistanda İran yüklərinin daşınması üçün ciddi infrastruktur mövcud deyil. 
Gürcüstan və İranı bağlayan 550 km-lik Ermənistan magistralı ciddi modernizasiyaya ehtiyac duyur. 

Ermənistan ekspertlərinin rəyinə görə, bunun üçün beynəlxalq maliyyə dəstəyinin göstərilməsi mümkündür.

Belə ki, bununla bağlı olaraq Avropa İnvestisiya Bankı tərəfindən  60 milyon dollar, Asiya İnkişaf Bankı tərəfindən isə 500 milyon dollar məbləğində kredit ayrıla bilər.

Bundan başqa, İran və Ermənistan arasında körfəzlə Qara dənizi bir-birinə bağlayan dəmir yolunun tikilməsi də nəzəzərdə tutlub. Layihənin ümumi dəyəri 3,5 milyard ABŞ dollar təşkil eidr.

Картинки по запросу Иран Армения Север-Юг

İran hətta Culfadan (İran Culfası-red.) Meğriyə qədərki 90 km-lik xəttin çəkilməsini də öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Lakin layihənin Ermənistana aid hissəsi Ermənistan dəmir yollarına sahiblik edən Rusiya konsessiyaçılarının müqavimətinə rast gəlib.

Ermənistan analitiklərinin fikrincə, bu məsələ İranın regionda güclənməsini istəməyən Moksvanın maraqlarına uyğun gəlmir.

Ermənistan bu layihəyə Çinin də cəlb edilməsi üçün işlər görür. 

Erməni mətbuatı Avropa Birliyinin də sözü gedən dəmir yol xəttinin tikilməsində olduqca maraqlı olduğunu yazır. 

İranla Ermənistan arasında iqtisadi əlaqələr hüquqi tərtibatı və təşkili baxımından yüksək səviyyəsi ilə seçilir.

İki ölkə arasında bu sahədə 100-dən çox sənəd imzalanıb. Hər iki dövlətin ərazisində yüzlərlə birgə müəssisələr qeydə alınıb. 2010-cu ildə isə İran və Ermənistan arasında sərbəst ticarət haqqında müqavilə imzalanıb.

Lakin erməni ekspertləri hələ də İranla ticarət dövriyyəsinin aşağı səviyyədə olduğunu qeyd edirlər.

Onlar bunun günahını Ermənistanın İranla azad surətdə ticarət münasibətlərini qura bilməməsini onun Avrasiya İttifaqına üzv olmasına bağlayırlar. (Ermənistanın sərmayə baxımından olduqca qeyri-əlverişli mühitə sahib olmasından isə söhbət açan yoxdur-red.)

Keçən il İran və Ermənistan arasında ticarət dövriyyəsi 276 milyon ABŞ dolları təşkil edib ki, onun da önəmli qismi qaz və elektrik enerjisi idxalı təşkil edir. 

İranın Ermənistanın real sektoruna qoyduğu sərmayənin miqdarı isə 2015-ci ilin dekabrında cəmi 6,2 milyon dollar civarında olub.

Картинки по запросу Иран Армения товарооборот

Görünür, bunun fərqindəymiş kimi iki ölkə arasında qəbul edilən birgə bəyanatda həmin məsələlərin üzərində xüsusilə durulub:

“Prezidentlər iki dövlət arasında ticarət dövriyyəsinin genişləndirilməsi və infrastrukturun inkişaf etdirilməsi, energetika, nəqliyyat, rabitə, sənaye və iqtisadiyyatıın digər sahələrində əməkdaşlığın yüksəldilməsinin vacibliyini vurğulayır;

Prezidentlər Şimal-Cənub beynəlxalq dəhlizi çərçivəsində İran və Ermənistan ərazisi vasitəsilə İran körfəzini Qara dənizlə bağlayan nəqliyyat və tranzit yollarından istifadə edilməsinin vacibliyini qeyd edirlər;

Prezidentlər iki ölkə araında iş əlaqələrinin, iqtisadi və investisiya fəaliyyətinin, habelə turzmin stimullaşdırılması məqsədilə gəliş və gediş vizalarının ləğv edilməsini alqışlayırlar;

Bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunulub və problemin beynəlxalq hüquq prinsipləri çərçivəsində dinc yolla həllinin vacibliyindən söhbət açılıb.

“İstənilən halda bu ziyarətin məzmunu necə kəsb edirsə, etsin, İran hətta Qarabağ məsələsində də Ermənistanın elan olunmamış müttəfiqidir”,- analitik Musa Mikaelyan qeyd edir. Mikaelyanın fikrincə, Ermənistan bu əlaqələri daha da dərinləşdirməyə tələsməlidir. Əks halda növbəti belə İran-Ermənistan görüşü uzun müddət baş tutmaya bilər.

Vaqif Hüseyn, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR