İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiyada bütün qatarları külək işlədir

1630 11.01.2017 20:39 Son xəbər A A
Hollandiyanın dövlət dəmir yolları şirkəti NS bildirib ki, indi artıq ölkənin bütün qatarları külək enerjisindən alınan elektriklə hərəkət edir.

"Yanvarın 1-dən bizim bütün qatarlarımızı külək enerjisi hərəkətə gətirir" - deyib NS şirkətinin sözçüsü Ton Boon, - yazır "The Guardian".

Xəbər verilir ki, Hollandıyanın Eneco elektrik şirkəti NS tərəfindən təklif olunmuş tenderdə iki il əvvəl qalib gəlib.

O vaxt iki şirkət arasında bağlanmış sazişə görə NS-in bütün qatarları 2018-ci ilin yanvarından külək enerjisindən alınan elektrikə keçməli idi.

"Biz qarşımıza qoyulan məqsədə bir il də tez çatdıq" - deyib Boon.

Sözçü əlavə edib ki, ölkə və sahil boyunca salınmış yel dəyirmanları sahələrinin artırılması NS şirkətinin məqsədə çatmasına kömək edib.

Eneco və NS şirkətlərinin müştərək internet saytında deyilir ki, külək enerjisinin hərəkətə gətirdiyi qatarlardan hər gün 600 min sərnişin istifadə edir. NS şirkətinin hər gün hərəkətdə olan 5500 qatarı var.

Beləliklə, Hollandiya bütün dəmir yolu hərəkətini külək enerjisinə keçirən ilk ölkə olub.
Məqalədə deyilir ki, bir yel dəyirmanı 1 saat ərzində 1 qatarın 120 kilometr yol qət etməsinə imkan verir.

Hollandiya ümid edir ki, 2020-ci ilədək 2005-ci illə müqayisədə hər sərnişinə istifadə edilən elektrik enerjisinə 35 faiz də qənaət ediləcək (BBC).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR