İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadakı Azərbaycan diasporu Bako Saakyanın səfəri ilə bağlı müraciət yayıb

979 25.11.2014 13:11 Son xəbər A A
Fransadakı Azərbaycan diasporu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindəki təcavüzkar-separatçı rejimin rəhbəri Bako Saakyanın Parisə səfəri ilə əlaqədar müraciət qəbul edib.
 
APA-nın məlumatına görə, bu ölkədə yaşayan azərbaycanlılar adından hazırlanmış müraciət Burq Le Valans şəhərinin meriyasına, Region Departamentinin prezidenti Didier Guillauma, Fransa parlamentinə və Senatına təqdim olunub.
 
Sənəddə separatçı rejimin rəhbəri Bako Saakyanın səfərinin beynəlxalq hüququn normalarının pozulması olduğu vurğulanaraq, belə halların Fransa ilə Azərbaycan arasında mövcud dostluq və anlaşmaya kölgə sala biləcəyi qeyd olunub. Müraciətdə bildirilir ki, Burq Le Valans şəhər merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə “Dostluq haqqında bəyanat” imzalaması hüquq normalarına ziddir.
 
Fransadakı Azərbaycan diasporu ümid edir ki, münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa beynəlxalq hüquq normalarından çıxış edəcək, Avropanın yanında yer almış bir dövlətin etibarını Avropanın qarşısında olanlarla bir sırada dayanan Ermənistana qurban verməyəcək: “Ukrayna ilə bağlı hadisələrdə Avropanın maraqlarına qarşı çıxan Ermənistana və onun dəstəklədiyi separatçı bir rejimə Avropanın aparıcı ölkəsi olan Fransanın belə mehribancasına qucaq açması, eyni zamanda daim Avropanın maraqlarından çıxış edən Azərbaycanı ciddi şəkildə narahat edən addımlar atması anlaşılmazdır”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR