İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan helikopter iddiası - "Əməliyyat keçirdik və..."

5336 22.11.2014 12:15 Son xəbər A A
Ermənistan Müdafiə Nazirliyi  Azərbaycan ordusu  tərəfindən  vurulan helikopter və ölən əsgərləri ilə bağlı  növbəti məlumat yayıb. 

Avropa.info xəbər verir ki, Ermənistan Müdafiə  Nazirliyinin  yaydığı  bəyanatda  bildirilir ki, erməni ordusu vertolyotun düşdüyü ərazidə xüsusi əməliyyat keçirib. Düşmən tərəfinin məlumatına görən ölən pilotların meyitlərini hadisə yerindən çıxarmağa müvəffəq olublar. Habelə “qara qutu”nun götürüldüyü bildirilir.

Hadisə zamanı Azərbaycan ordusunun iki əsgərinin şəhid olması haqda da cəfəng məlumat verilib. Onlardan birinin snayperçi  olduğu bildirilir. 

Qeyd edək ki, Ermənistan Müdafiə nazirliyi bu yalan informasiyanı yaymaqla növbəti dəfə təcavüzkar olduğunu sübut etmiş olub. Belə ki, helikopter vurularkən erməni tərəfi  "DQR"in "müstəqil dövlət" olduğunu və Ermənistanın  qondarma dövlətçiyin işlərinə qarışmadığını bildirib. İndi isə başını itirmiş Sarkisyan hakimiyyəti ölkəsində tənqidləri sığortalamaq məqsədi ilə yalan məlumat yaymaqdan belə çəkinmir. 

Ermənistan Müdafiə Nazirliyinin açıqlamasından sonra Azərbaycan Müdafiə Nazirliyinin də cavabı kecikməyib.

“Azərbaycanın iki əsgərini itirməsiylə bağlı məlumat ermənilərin növbəti yalanıdır”.
 
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı məlumat verib.
 
V.Dərgahlı ermənilərin bununla da vurulmuş helikopter ətrafında məsələləri gərginləşdirmək istədiyini bildirib:
 
“Bu, ermənilərin növbəti təxribatıdır. Ermənilər bununla da helikopter ətrafında yaranmış vəziyyəti gərginləşdirmək istəyirlər. Bu işə də həmçinin beynəlxalq təşkilatları qoşmaq niyyətindədirlər. Biz cəbhə xəttində olan vəziyyətlə bağlı məlumatı öz rəsmi saytımızda yerləşdirmişik. Əgər hansısa bir itkimiz olsa, dərhal ictimaiyyətə açıqlama verəcəyik. Ermənilərin yaydığı məlumatın yalan və vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat olduğu birmənalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR