İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələvilərdən Türkiyə hökumətinə Şah İsmayıl təklifi

3147 25.11.2014 16:46 Son xəbər A A
Türkiyə ələviləri baş nazir Əhməd Davudoğluna 12 maddədən ibarət təkliflər paketi ünvanlayıb. Təkliflər paketində İstanbuldakı körpülərdən birinə Şah İsmayıl Xətainin adının verilməsi də yer alır.

“Media forum” saytının məlumatına görə, sənəddə deyilir: “Həm Sultan Səlim, həm də Şah İsmayıl Xətai türk və islam tarixinin iki önəmli, iki böyük şəxsiyyətidir. Tarixdə yaşanan xoşagəlməz hadisələrə tərəf çıxmaqdan çəkinməli və bu hadisələrdən dərs götürülməlidir. İstanbul boğazında salınan bir körpüyə Sultan Səlim adı verilirsə, Boğaziçi körpüsünün də adı dəyişdirilərək Şah İsmayıl Xətai qoyulmalı, iki qardaşlıq və barış körpüsü ilə bu anlamsız inciklik aradan qaldırılmalıdır”.

Türkiyədə yaşayan ələvilərin böyük əksəriyyəti milli mənşə etibarilə türk, məzhəb baxımından isə şiə-cəfəri məzhəbinə yaxın olduğu deyilir. Bir sıra mənbələrdə ələviliyin Şah İsmayıl Xətainin yaratdığı bir təriqət olduğu bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR