İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Trampın yüzlərlə tərəfdarı motosikletlərlə Vaşinqtona axışıb

1143 20.01.2017 20:57 Son xəbər A A
ABŞ-ın növbəti prezidenti Donald Trampın yüzlərlə tərəfdarı inaqurasiya mərasimində iştirak etmək üçün motosikletlərlə Vaşinqtona axışıb.

Motosikletçilərin "Tramp üçün yürüş"ü inaqurasiya paradlarının marşrutu ilə irəliləyib.

Tədbirin təşkilatçısı Kris Koks deyib ki, ilk dəfə 2015-ci ilin oktyabr ayında 100 nəfər yürüşə qatılmışdı. Hazırda bu qrupun üzvlərinin sayı 200 min nəfərdən ibarətdir.

Koks inaqurasiya yürüşünə 5 min motosikletçinin qatılacağını bildirib. Tədbir Tramp tərəfdarlarının keçirdiyi ən böyük yürüş olacaq.


Qrupun Facebook səhifəsində bildirilir ki, tədbirdə veteranların şərəfləndirilməsi üçün nitqlər söylənəcək.

Dünən Vaşiqnton ətrafında 200 üzvün iştirakı ilə 30 dəqiqəlik motosiklet yürüşü keçirilib ("Amerikanın səsi")

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR