İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu sular sizi ölümə apara bilər – VİDEO

2233 24.08.2016 16:58 Son xəbər A A
Son zamanlar hər bir məhsulu plastik qablarda görməyə vərdiş etmişik. Amma belə qablara gözümüz öryənsə də, çoxumuz bunun ziyanı haqqında düşünmürük. O, səssiz ölümə yol açır. 

Qızmar yay fəsli, yüksək hərarət və acıq havada satılan içməli sular. Bəlkə də çoxları bilmir, amma bu formada alıcılara təqdim edilən sular zaman keçdikcə insan üçün sanki kabusa çevrilir.

Kimya üzrə professor Oktay Əkbərov insanları diqqətli olmağa çağırıb: “Bu qablara müəyyən rəng çalarları vermək üçün müxtəlif əlavələr olunur. Hər zaman fikir vermək lazımdır ki, bu qablarda saxlanılan məhsullar uzun müddət qalmayıb”.

Ekspertlər həyəcan təbili çalır və haqlı olaraq da bunu edir. Çünki söhbət insan sağlamlığından gedir.

Belə məhsulların istehsalında kimyəvi, xüsusilə də ağır sənayedə tətbiq edilən maddələrdən istifadə edilir ki, həmin maddələr də günəş şüasının təsiri altında olduqda zəhərli toksinlər buraxır.

Ekspert Eyyub Hüseynovun sözlərinə görə, üzərində yalnız xüsusi nişan olan qablardan istifadə etməli olunduğunu bildirib: “Alıcılar gün qabağında qoyulub satılan plastik qablarda qablaşdırılmış malları, istər su, istərsə də digər məhsulları almasınlar. Yalnız o qablarda ki, onlara beynəlxaq nişan qoyulub, “qabı zibil qutusuna atan insan şəkli”.

Əslində həmin qabların özləri birbaşa sərin yerlərdə saxlanmalıdır. Günəş altında qalması məsləhət deyil. Digər problem isə bəzi sahibkar və ya sakinlərin bu cür plastik qablardan təkrarən istifadə etməsidir. Bu isə öz növbəsində ölümlə nəticələnən xəstəliklərə yol aça bilər. Su alarkən bir məqama da diqqət etmək vacibdir. Günəşin təsiri altında qalan belə məhsullarda insan gözü ilə görünməyən çatlar əmələ gəlir. Həmin çatların nəticəsində kimyəvi maddələr suya qarışaraq reaksiyaya girir. Bu da sonda arzuolunmaz fəsadlara yol açır. Alıcılar isə səssiz ölümə yol açan təhlükədən xəbərsizdir. Plastik qablar orqanizmimizlə bərabər ətraf mühitə, ekologiyaya da ciddi ziyan vurur. Onların 1000 ilə qədər parçalanmadığını nəzərə alsaq torpaqların şumlanmasına mənfi təsir göstərir. (Region TV)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR