İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə yaşayan məşhurlar prezidentə müraciət etdi

2883 25.11.2014 14:29 Son xəbər A A
Rayonun Əcəmi Naxçıvani küçəsinin sakinləri qanunsuz tikililərdən və "Olimp" MTK-nın rəhbərliyindən şikayətçidirlər
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 küçəsində, "Elit" ticarət mərkəzinin arxasında yerləşən binanın sakinləri "Olimp" MTK rəhbərliyinin onların problemlərinə və Azərbaycan qanunlarına göstərdiyi etinasız münasibətdən əziyyət çəkirlər.  Bu barədə istiqlal.az saytına sakinlər məlumat verib.

Onların sözlərinə görə, bütün cəhdlərin boşa çıxdığını görüb növbəti şikayət məktubunu Azərbaycan prezidenti İlham Əliyevə yollayıblar: "Artıq altıncı ildir ki, normal yaşayış üçün lazımi şəraitin olmadığı bu mənzillərdə yaşamaq məcburiyyətində qalmışıq. Kompleks ərazisindəki tikinti və təmir işləri bir neçə il əvvəl başa çatmalı olsa da, buna məhəl qoyan yoxdur. 2010-cu ildə təhvil verilməli olan binada bu günə kimi inşaat işləri davam edir. Şirkət rəhbərliyi isə bu özbaşınalıqla bağlı heç bir açıqlama vermir", - deyə məktubda qeyd olunur. 

Binanın sakinləri həmçinin iddia edirlər ki, yaşayış kompleksinin ərazisində xeyli sayqda qanunsuz tikililər inşa olunur. Bu səbəbdən də onlar öz halal mənzilləri üçün reyestr xidmətindən çıxarış ala bilmirlər. 
Qeyd edək ki, sakinlər redaksiyamıza kompleks ərazisində qanunsuz inşaat işlərinin davam etdiyini sübut edən fotolar da göndəriblər. Belə ki, qısamüddətli fasilədən sonra həyətdəki təmir-tikinti işlərinə yenidən start verilib. 
"Bakı şəhər və Binəqədi rayon İcra Hakimiyyəti həyətimizdəki qanunsuz tikinti dəfələrlə yarımçıq saxladıb. Amma şirkət rəhbərliyi heç kimə məhəl qoymadan özbaşınalığa davam edir. Axı niyə görə onlar müvafiq dövlət qurumlarının göstərişlərinə riayət etmirlər? Şikayət etməkdən bezmişik. Daha belə davam edə bilməz. Bakının Binəqədi rayonu hər zaman öz gözəlliyinə, təmizliyinı, səliqə-sahmanına və sakinlərin problemlərinə göstərilən diqqətə görə sözün yaxşı mənasında seçilib. Amma indi bizim yaşadığımız kompleks ərazisində baş verən özbaşınalıqlar rayonun adına ləkə gətirir", - deyə sakinlər dövlət başçısına ünvanladıqları məktubda qeyd edirlər.

Bundan başqa, qeyd etmək isteyirik ki, sözügedən kompleks sakinlərin dəfələrlə etiraz aksiyaların keçirtməyin nəticəsində fevralın 15-də təbii qazla təmin olunub. Lakin bu günə qədər bütün mənzillər qazla təmin olunmayıb. Kompleksin rəhbərliyi bir çox mənzillərin sakinləri əsassız incidir və mənzilin qazla təmin olunmasına müxtəlif yollarla maneçilik törədir. 
Kompleksin sakini, Qarabağ Müharibəsinin veteranı Cəfər Mustafayev İstiqlal.az-a bildirib ki, uzun müddətdir ki, MTK-nın əməkdaşları onun evinə qaz xəttini çəkməyə imkan vermirdilər. “Mən dəfələrlə MTK-nın rəhbərliyinə müraciət etmişəm ki, mənə bu işdə köməklik göstərsinlər, lakin məsələnin həllinə heç bir addım onlar tərəfindən görülməyib. Bu yaxınlarda Binəqədi rayon qaz istismar idarəsinin əməkdaşları bu problemi həll ediblər. Mən «Azəriqaz» İstehsalat Birliyi Binəqədi rayon Qaz İdarəsinin baş metroloqu Vahid Şirinova xüsusi təşəkkürümü bildirirəm ki, o dərhal məsələyə müdaxilə edib və artıq mən də mənzilimdə təbii qazdan istifadə edə bilərəm. Ümumiyyətlə, Binəqədi Qaz İstismar İdarəsinin rəhbərliyi sakinlərin problemlərini həll etməyə hər zaman hazırdır” – Cəfər Mustafayev söylədi.

 “Biz bu yaşayış kompleksdə çox əziyyət çəkirik, bu inanılmaz bir hadisədir. Vətən uğrunda döyüşənlər, xalq artistləri, əmək veteranları, əməkdar idman ustaları və s. bu kompleksdə illərlə bu vəziyyətdə yaşamağa məcburdular. “Olimp” MTK-nın rəhbərliyi bizim şikayətlərimizə və xahişlərimizə baxmır. Həyətimiz və onun yolları bərbad vəziyyətdədir, bütün həyət zəbt olunub, qeyri-qanuni obyektlərlə doludur. Həyət zibillə dolu, yığışdıran yoxdur, uşaqlarımız təmiz havanın əvəzinə bununla nəfəs alırlar. Müasir standartlara cavab verən yeni tikilinin həyətində bunu görmək biabırçılıqdır. Lakin, biz yenə də ümid edirik ki, bütün bu problemlər yaxın zamanlarda həll olunacaq və müvafiq dövlət qurumların rəhbərliyi bizə bu məsələdə yardım və dəstək olacaq” – Cəfər Mustafayev əlavə etdi. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR