İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda telefonla danışan sürücü avtobusu tək əllə idarə edir - VİDEO

1366 25.11.2014 15:01 Son xəbər A A
Avtobus sürücülərinin sükan arxasında olarkən telefonla danışması artıq adi hal alıb. Bu gün səhər saatlarında “Yeni Müsavat” qəzetinin əməkdaşı 12 saylı marşrut avtobusunda olarkən sürücünün yarım saat ərzində dayanmadan telefonla danışdığının şahidi olub və onun görüntüsünü çəkib. 

“10 TG 401” dövlət nömrə nişanlı 12 nömrəli marşrut  avtobusunun sürücüsü bir tərəfdən  qrafikə görə gecikdiyindən avtobusu sürətlə sürür, digər tərəfdən, bu durumu rəhbərliyə telefonda izah edir, özünün günahsız olduğunu əsaslandırmağa çalışır. Başı telefondakı şəxslə söhbətə qarışan sürücü avtomobili bir əli ilə idarə edir. 

Əməkdaşımızın dediyinə görə, telefonda danışdığı adama qeyri-etik ifadələr işlədən sürücü sərnişinləri də bu ifadələrə “qulaq müsafiri” edib. Reportyorumuzun avtobusda olduğu yarım saat ərzində sürücü 4-5 sərnişinlə mübahisə edib, “gecikirəm” deyə özünə haqq qazandırmağa çalışıb. O, yol boyu bir neçə dəfə qəza şəraiti yaradıb və sərnişinlərin etirazına əhəmiyyət verməyib. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə görə, sürücünün sükan arxasında ikən telefonu əlinə alaraq danışması qadağandır və buna görə cərimə nəzərdə tutulur. Bu hərəkətin təkcə sürücü üçün deyil, həm də avtobusda olan sürücülər üçün təhlükə törətməsi məsuliyyəti daha da artırır. Mövzunu davam etdirəcəyik. 
Daha ətraflı videodan izləyin. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR