İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda komendatın pulla dolu seyfi oğurlandı

1790 21.05.2016 10:18 Son xəbər A A

Bakıda bina komendatının otağından seyf oğurlanıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, seyfdə 10 800 manat pul olub.

Hadisə Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən binada baş verib.

Binanın komendatı Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Fuad Dadaşovun xidməti otağına açar seçmə yolu ilə girən şəxs və ya şəxslər oradan seyfi aparıblar.

Seyfdə 10 800 manat pul və sənədlər olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR