İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı yazıçının romanı Fransada nəşr ediləcək

1696 08.11.2014 14:25 Son xəbər A A
Strasburq şəhərində yaşayan azərbaycanlı yazıçı Nicat Kazımovun „Rəngli daşlar“ romanı, Parisdə nəşrə hazırlanır. Nəşriyyatla bu yaxınlarda uzunmüddətli müqavilə imzalayan yazıçı, romanın gələn ilin yazında Fransa və bütün frankofon məkanda satışa çıxarılacağını bildirib.  
Nicat Kazımov gənc nasir kimi tanınır, hekayələrini əsasən bloqunda və sosial şəbəkələrdə paylaşır. Bundan əvvəl onun “İblisin oyunu” adlı kitabı 2011-ci ildə nəşr olunmuşdu. “Rəngli daşlar” gənc müəllifin sayca ikinci kitabıdır.
Roman işıq üzü görəndən sonra, onun Paris və Strasburqda təqdim edilməsi gözlənilir. “Rəngli daşlar”ın orijinal dili fransızcadır. Romanın azərbaycan dilində nəşrinin mümkünlüyü haqda suala, yazıçının cavabı belə olub: “Bunu zaman göstərəcək”.
Son zamanlar yeni nəil yazarlarımızın Avropadakı uğurları diqqət cəlb edir. Xatırladaq ki, bundan əvvəl yazıçı Əli Əkbərin “Kəsişmə” romanı alman dilində İsveçrədə nəşr edilmiş və almandilli ölkələrdə satışa çıxarılmışdı. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR