İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN YENİ RAKET SİSTEMİ ALIB

5077 30.06.2012 16:10 Son xəbər A A
Katibliyin hazırladığı kataloqda yer alan məlumatda qeyd olunan reaktiv atəş sistemlərinin Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin ordularında silahlanmaya qəbul olunduğu göstərilib.

Hər iki ölkəyə satılan sistemlərin sayı və nə zaman ixracı barədə bilgilər verilməyib.

Məlumatda qeyd olunub ki, ROKETSAN istehsalı olan 107 mm-lik T-107 reaktiv yaylım atəş sistemi artilleriya və piyada birlikləri tərəfindən hər cür hava şəraitində istifadə edilə bilən silah sistemidir. T-107 ROKETSAN tərəfindən istehsal olunmuş artırılmış mənzilli raketlərdən atəş açır və klassik raketlərdən 50% uzaq – 11 km məsafədəki hədəflərə qarşı təsirli atəş gücünə malikdir.

T-122 “Sakarya” sistemi isə ROKETSAN tərəfindən hazırlanmış 122 mm-lik artırılmış mənzilli raketlərdən atəş açır. Bu raketlər klassik 122 mm-lik raketlərdən 100% çox – 40 km-dən uzaq məsafədə hədəfləri məhv etməyə imkan verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR