İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan diasporuna itki üz verib (FOTO)

4444 10.04.2015 00:51 Son xəbər A A


Rusiyadakı Azərbaycan diasporuna ağır itki üzv verib. Musavat.com xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl nümayəndəliyinin rəhbəri Söhrab İbrahimov vaxtsız vəfat edib. Bu barədə diaspor nümayəndələrimiz sosial şəbəkələrdə yazıblar. 

İbrahimov Söhrab Mədət oğlu 10 iyul 1974-cü ildə Laçın rayonun Alıqulu kəndində coxuşaqlı əməkci ailəsində anadan olub. 1991-ci ildə Pircahan kənd orta məktəbini bitirib. Ali təhsil almaq məqsədi ilə Rusiya Federasiyasının Yaroslavl  vilayətinin Yaroslavl şəhərinə uz tutur və əmək fəaliyətinə Yoraslavl Şinn Zavodunda başlayib.1992-çi ildən zavodaki işini sahibkarliq fəaliyyəti ilə əvəz edir. Yaroslavl şəhərində ilk sahibkardan biri kimi dövlət qeydiyyatından kecərək fəaliyyətə başlayıb. 

1997-ci ildə Beynəlxalq İqtisadiyyət və huquq inistituna qəbul olub. 2002-ci ildə həmin inistutun huquq fakultəsinin "Dövlət idarə etməsi" ixtisasina yiyələnərək elə həmin vaxtdan bu gunə qədər Yaroslavl  şəhərində fəaliyyət göstərən böyuk tikinti kompaniyasi olan "Vivat" firmasının huquq məsləhətcisi vəzifəsində calişir. 2007-çi ildən "Mila" firmasının direktorudur. 2009-cu ilin may ayinda Rusiya İctimai təşkilati "Ümumrusiya Azərbaycanlıları Konqressi" Yaroslavl şəhər şöbəsinin sədri olur.

Elə həmin ilin iyun ayından coxlu səs üstünlüyü ilə Ümumrussiya İçtimai təşkilati "Ümumrussiya Azərbayçanlilar Konqressi" Yaroslavl  regional şöbəsinin sədri secilir. Yaroslavl şəhərində kecirilən muxtəlif tədbirlərdə fəal iştirak edir. Azərbayçanin mədəniyyətini, incəsətinin ədəbiyyatının Rusiyada yaşayan coxsaylı başqa milləttlərə catdirilmasinda milli adət-ənənələrimizin yayılmasında, qorunub saxlanılmasında və azərbaycanlıların miqrasiyası ilə bağlı irəli cıxan problemləri huquqi çərçivədə həll olunması üçün regional və şəhər hakimiyyətləri ilə federal sturukturarla qarşılıqlı əlaqələr yaradılmasında əlindən gələni edir. Hər il Yaroslavl şəhərində təşkil edilmiş "20 Yanvar","26 Fevral Xoçali soyqırımı" "Novruz bayramı",Azərbaycanlıların Həmrəylik gunu" və s.tədbirllərin yaradıcısı və təşkilatcısı olur.

2009-cu ildən Rusiya Federasiyasının apariçi və hakim partiyası "Yedinaya Rossiya"partiyasının uzvu, partiyanın ilkin dairələrindən birinin katibi, şəhər sovetinin siyasi bürosunun üzvü olub. Ailəli idi, 2 qız və 1 oğul övladı var.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR