İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın avtomobil nəhəngi Trampın qarşısında geri çəkildi

2220 17.01.2017 17:28 Son xəbər A A
“General Motors” konserni ABŞ-dakı avtomobil sənayesinə 1 milyard dollar sərmayə qoymağa qərarlıdır. Bu isə öz növbəsində 1000 nəfər üçün yeni iş yeri deməkdir.

Avropa.info xəbər verir ki, “Bloomberg” agentliyi yazır ki, avtomobil şirkəti bu qərarı yeni seçilmiş ABŞ prezidenti Donald Trampın tənqidi açıqlamasından sonra verib.

Tramp “Twitter” hesabıında yazmışdı ki, konsern Meksikada istehsal olunmuş avtomobilləri ABŞ-a gömrük rüsumu ödəmədən gətirir. Tramp “General Motors”u avtomobillərinə yüksək rüsum qoymaqla hədələmişdi.

“ “General Motors” ABŞ-dakı distributorlarına Meksikada istehsal olunmuş avtomobillər tədarük edir və sərhədi keçəndə vergi ödəmir. ABŞ-da istehsal edin və böyük rüsum ödəməyin!” – Tramp belə yazmışdı.

Qeyd edək ki, Azad Ticarət haqda Şimali Amerika Müqaviləsinə (NAFTA) görə Meksikadan ABŞ-a gömrük rüsumu olmadan avtomobil gətirib satmaq mümkündür. Tramp seçki kampaniyası müddətində bu müqavilədən çıxmaq sözü vermişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR