İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Atilay qınaqlara cavab verdi

860 25.11.2014 11:25 Son xəbər A A
Tanınmış və istedadlı foto-reportyor Abbas Atilay çəkdiyi fotoların "Yeni Müsavat"da dərc olunacağı ilə bağlı onu qınayanlara, pisləyənlərə sosial şəbəkədə cavab verib. Jurnalist yazıb:

"İsveçrədən çəkdiyim fotolar "Yeni Musavat"da yayımlanacaq deyə bir sürü adam məni dəyərlərə xəyanət etməkdə günahlandırır. Sizin dəyərinizi öpüm. Sizin dəyəriniz nədir ki, bu onlarda yoxdur? Yəni sizin lideriniz Əli Kərimli mi Arif Hacılıdan daha demokratdır? Bunumu deyirsiz?

Əziz dostlar (burdakı bir ifadə çıxarılır), siz anlamalısız ki, təvazökarlıqdan uzaq olsa da deyim, mən harda oluram-olum, bu toplum üçün nəsə maraqlı, maarifləndirici şey tapıb çəkirəm. Baxın çəkdiklərimə və anlayın. Hətta "Azərtac"a da çəksəm, bu, sizin üçün faydalıdır. Baxmalısınız, yaymalısınız.

"Azadlıq" radiosu mənim üçün daha doğmadır, çünki mənim oxucum, baxıcım əsasən ordadır. Və 30 mindən artıq foto-arxivim bu radio ilə bağlıdır.
Sadəcə İsveçrədən çəkdiyim fotolar "Azadlıq" radiosunun xəttinə uymadı. Çünki bu radio Azərbaycan üçün proyektdir, İsveçrənin reklamı üçün deyil. Ona görə mənim üçün "Yeni Müsavat" uyğun adresdir, çünki ən çox izlənilən saytdır. Daha böyük kütləyə müraciət edəcəyəm İsveçrədən. Amma bu o anlama gəlməsin ki, mən bu qəzetin xəttini dəhşət sevirəm. Hərçənd ki, bu qəzetdə də çox dəyərli insanlar var, adım hallanacaqsa onlarla birgə hallana bilər". 

Daha sonra Abbas Atilay öz qeydlərinə P.S. də əlavə edib: "Biri yazıb ki, "Niyə indi, niyə İntiqam müəllimin şəkili cırılan ərəfədə?"... Vallah, mənim internetim yoxdur deyə bu məsələdən xəbərim yoxdur, kim cırıb, niyə cırıb. İntiqam müəllim kimi bir insan bizim üçün deyil, bəşəriyyət üçün dəyərdir. Tabu deyil, amma ona münasibət onun şəxsiyyətinə uyğun olmalıdır.
Azərbaycandan olan fotolarımı "Azadlıq" radiosundan, İsveçrə və Avropadan fotolarımı isə Musavat.com-dan izləyə bilərsiniz.

P.S. Müsavat.com bildirir ki, Batumda İntiqam Əliyevin şəklinin cırılmasında və ya aksiyalarda qəzetin və saytın heç bir əməkdaşı iştirak etməyib. Bunun "Yeni Müsavat"ın adına yamanması isə qərəzdən dumanlanmış beyinlərin məhsuludur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR