İnsanlara hürriyət, millətlərə istiqlal!

“20 Yanvar” faciəsi : 27 il gün üzünə çıxmayan “Kardeş acısı” – VİDEO

2138 19.01.2017 15:33 Son xəbər A A
27 İl öncə yaşadığımız “20 Yanvar” faciəsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

 Musavat.com-un Türkiyə mənbəyinə istinadən verdiyi məlumata görə, görüntülər faciənin yaşandığı günlərdə Türkiyədə çəkilsə də, bir sıra səbəblərdən bu günədək yaymlanmayıb. 
Faciəni yaşadığımız günlərdə soydaşlarımızın məskunlaşdığı Türkiyənin İqdır şəhərində Azərbaycanın acısına şərik olmaq və müstəqillik mübarizəsinə dəstək üçün irimiqyaslı mitinq keçirilir. İndiyədək yayımlanmayan bu  mitinqin görüntülərini İstanbulda fəaliyyət göstərən “DorukMedya” şirkəti gündəmə gətirib. Şirkətin, 27 il yayınlamayan bu görüntülərdən ibarət hazırladığı “Kardeş Acısı” sənədli filmi bu gecədən yayımlanacaq.   

Məsələ ilə bağlı açıqlama verən şirkətin rəhbəri Hüseyn Atam bildirib: “Azərbaycanın müstəqillik mübarizəsini öz mübarizələri hesab edən iqdırlılar o zamankı məhdud imkanları ilə “20  Yanvar”qətliamına qarşı səslərini ucaltdılar. İqdırlıların“20 Yanvar” qətliamı ilə bağlı 1990-cı ildə gerçəkləşdirdiyi, İqdır tarixinin ən izdihamlı mitinqi olan bu aksiyanın görüntülərindən yola çıxaraq “Kardeş Acısı” adlı sənədli filmi hazırladıq. Eyni zamanda bu filmin işlənməsində əsas hədəflərdən biri də bu görüntülərin tarixdə fiksəedilməsidir. Məhz bu məsuliyyətlə işlədiyimiz “Kardeş Acısı” adlı sənədli filmi bu gün və sabah Azərbaycan və Türkiyə kanallarında yayımlanacaq. Bir daha əziz Azərbaycan xalqına faciə münasibətilə başsağlığı verir, 27 il boyunca olduğu kimi, bu gün də bacı-qardaşlarımız  kədərlərinə şərik olduğumuzu bildiririk”.

“Kardeş Acısı” adlı sənədli film 19 yanvar 2017-ci il tarixdə Bakı vaxtı ilə saat 23.00-da Azərbaycanın İNTERAZ kanalında, 20 yanvar 2017-ci il tarixdə (cümə günü) isə Bakı vaxtilə saat 23.00-da (İstanbul saatı ilə 22.00-da) Türkiyənin “On4” TV kanalında yayımlanacaq.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR