İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇARIN YIXA BİLMƏDİYİ CAVAD XANI ELMAR VƏLİYEV YIXDI -VIDEO

4048 13.04.2012 23:22 Son xəbər A A

Sökülmüş bina XVIII əsrdə tikilib. Bir vaxtlar şair Mirzə Şəfi Vazeh və gürcü şairi Nikolaz Baratişvili burada Cavad Xanın mirzələri kimi çalışıblar. Bu bina Sovet dönəmində Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə edilmişdir. Şökülməzdən öncəyə kimi Cavad Xanın dəftərxana muzeyi kimi fəaliyyət göstərib və burada eyni zamanda Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin tarixi abidələr şöbəsi yerləşirdi. İndi şöbə yeni tikiliyə köçürülüb, lakin çətin ki, iki əsrlik "Cavad Xanın Dəftərxanası" adı da bu binaya köç edə bilsin.

Gəncədə Memarlar İttifaqının Gəncə bölməsinin yerləşdiyi və vəziyyəti rəsmi sənədlərdə normal olduğu bildirilən XIX əsrə aid daha bir bina da heç bir əsas gətirilmədən 17 avqust 2011-ci ildə bir neçə saatın içində yerlə-yeksan edildi. Bu bina 1989-cu ildə yerli əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınıb.

Həmçinin Cavad Xan küçəsindəki (köhnə Sabir küçəsi) XIX əsrdə tikilmiş tarixi bina da eyni aqibətlə üzləşib. Bina yerli əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınmışdı və Sovet dövründə Gəncənin yeganə qızıl dükanı olaraq fəaliiyyət göstərmişdi. İki əsr yaşı olan bu bina da səbəb gətirilmədən 21 oktyabr 2011-ci ildə sökülüb.

Bütün bu qədim tikililər dövlət tərəfindən qorunmalı olan tarixi abidələr siyahısında idi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR