İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixin ən pis adamları

10075 27.04.2014 20:59 Son xəbər A A
10) Henrix Himmler - (dönəm 1929-1945)


Nasist partiyasının üzvü, SS lideri. Faşist Almaniyasında ölüm düşərgələrinin başçısı kimi tanınırdı. Qaz kameralarındakı kütləvi ölümlərin məsuliyyəti Himmlerin boynundadır. Onun əmri ilə qaz kameralarından öldürülən yəhudilərin sayı 6 milyondan çoxdur. 
Himmler 1945-ci ildə dişində gizlətdiyi sianid kapsulunu əzərək intihar edib. 

9) Cozef  Mengele (dönəm 1938-1945)


"Ölüm mələyi" ləqəbli Mengele nasist Almaniyasında həkim kimi çalışıb. Osvensim və digər ölüm düşərgələrində məhkumlar üzərində həyata keçirdiyi qeyri-insani təcrübələrlə adını tarixin qara siyahısına salmağa nail olub. Mengele 2 milyondan çox insanın ölümündə günahkar bilinirdi. Lakin o müharibə bitdikdən sonra o ölkədən qaça bilib və 1979-cu ildə Braziliyada ölüb. 

8) İdi Amin Dada (dönəm 1971-1979)


Uqanda baş naziri. Dadanın dövründə insan haqlarının pozulması və etnik ayrı-seçkilik nəticəsində Uqandada beynəlxalq təşkilatların və araşdırmaçıların təxmini hesablamalarına görə, 100 minlə 500 min arası insan qətl edilib. Tarixin bu pis insanı 2003-cü ildə Ciddədə bir xəstəxanada ölüb. 

7) Pol Pot (dönəm 1963-1981)


Kambocanın baş naziri olmuş Pol Pot öz ölkəsində 1 milyona (bəzi mənbələrə görə, 3 milyon) həmvətəninin ölümünə yol açan bir rejim qurub. Bəzi tarixçilər Potun etdiklərini bir soyqırım kimi də xarakterizə etməkdədirlər.
Pot 1988-ci ildə infarktdan ölüb. 


6) İvan Qroznı (dönəm 1547-1584)


Əsl adı İvan Vasilyeviç olan bu rus çarının tarixdəki ləqəbi "Qorxunc İvan"dır. İvan Qroznı bu ləqəbini ona qarşı olan üsyanları qan içində boğmasına və ələ keçirdiyi düşmənlərinə ağlagəlməz işgəncələr verdiyinə görə alıb. O, hətta öz oğlunu də öldürüb. 1584-cü ildə şahmat oynayarkən ölüb. 


5) Mao Tszedun


Çin Xalq Respublikasının qurucusu və öndərlərindən olan Mao həm də ÇXR-i 1949-1976-cı illərdə idarə eləmiş bir diktatordur. Diktatorluq uğrunda apardığı savaşlara görə 40 milyondan çox insanın ölümünə səbəb olub. Mao 9 sentyabr 1976-cı ildə parkinson xəstəliyindən ölüb. 

4) Neron (dönəm 54-68) 


Roma İmperiyası tarixində Neron şəxsi zülm və bədxərcliyin simvollarından biridir. O imperator olduğu dönəmdə anasını, qardaşını və arvadını soyuqqanlılıqla öldürüb. Romadakı böyük yanğının da səbəbkarı o sayılır. Neron 68-ci ildə özünü xəncərləyərək öldürüb. 

3) III Vlad Tepeş (dönəm 1448-1476)


Balkanlarda öz qəddarlığı ilə ad çıxarmış Valaxiya çarı. Tepeş tarixdə daha çox əsirlərə verdirdiyi işgəncələrlə yadda qalıb. Xüsusən də Fateh Sultan Mehmetə qarşı vuruşarkən türk əsirlərini ən dəhşətli işgəncələrlə öldürüb. 1476-cı ildə osmanlı akınçıları tərəfindən başı kəsilib. 

2) İosif Stalin (dönəm 1922-1952)


Tarixin ən qanlı diktatorlarından biri. Stalin "böyük təmizlik" adı verdiyi qətliamla ona qarşı müxalif olan hər kəsi, öz partiyasının üzvləri də daxil olmaqla edam etdirib. O birbaşa olaraq təxminən 400-500 min insanın ölümünə səbəb olan olduqca paranoik və psixi problemləri olan bir lider olub. Bundan başqa, Ukrayna və Rusiyanın Kuban bölgəsində yaradılan süni qıtlığa görə ölən 10 milyon insanın, eləcə də həbs düşərgələrində və sürgün yerlərində ölən milyonlarla vətəndaşın günahı onun boynundadır. 1953-cü ildə beyin qanamasından ölüb. 

1) Adolf Hitler (dönəm 1933-1945)

Tarixin ən pis adamları

Bütün dünya ölkələrində, ən çox da öz ölkəsində adı nifrətlə anılan alman diktatoru. Hitler alman irqinin aliliyinə inanaraq yəhudilərə olan nifrəti səbəbi ilə ölüm düşərgələrində 6 milyon yəhudinin öldürülməsinin əsas səbəbkarıdır. Bundan başqa, onun səbəb olduğu İkinci dünya müharibəsi zamanı isə 50 milyondan çox insan ölüb. 
30 aprel 1945-ci ildə gicgahına atəş açaraq özünü öldürüb. 

Hazırladı: Araz Tahiroğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR