İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda daha bir kənddən qadın və uşaqlar çıxarıldı

7185 02.08.2014 00:52 Son xəbər A A
Qazaxın Bala Cəfərli kəndindən qadın, uşaq və yaşlılar çıxarılıb. Bu barədə Axar.az-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov məlumat verib. O, dünən ermənilərin atəşkəsi şiddətli şəkildə pozmasına görə insanların belə bir addım atdığını bildirib:
 
“Bala Cəfərlidən artıq qadın, uşaq və yaşlılar çıxarılıb. Kənddə yalnız kişilər qalıb. Bala Cəfərli birbaşa ermənilərin ovucundadır. Yəni oradan istənilən atəş kənd üçün təhlükədir. Dünən vəziyyət o həddə idi ki, kənddə sürünərək hərəkət etmək məcburiyyətində qalırdın. Kişilər qadınları, uşaqları qorumaqdan ötrü rayona göndəriblər. Atışma səngiyən kimi onlar geri dönəcəklər. İndi Qazax istiqamətində vəziyyət normaldır. Atışma səsləri demək olar ki, kəsilib”. Rayonda insanların əhval-ruhiyyəsinin çox yüksək səviyyədə olduğunu bildirən Xamis Məsimov inanır ki, Azərbaycan Ordusu kəndi atəşdə saxlayan erməni mövqelərini birdəfəlik susduracaq.
 
Qeyd edək ki, bu gün Qazaxın Məzəm və Abbasbəyli kəndlərindən də qadınlarla uşaqların çıxarılması haqqında informasiya yayılmışdı. Lakin Qazax icra hakiminin müavini xəbərləri təkzib edərək, heç kəsin evini tərk etmədiyini rəsmən bəyan etdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR