İnsanlara hürriyət, millətlərə istiqlal!

MÖVSÜM SƏMƏDOVUN XANIMI İRANIN DİNİ RƏHBƏRİNƏ ŞEİR OXUDU

3746 12.07.2012 16:20 Son xəbər A A

“Media forum” saytı bildirir ki, görüş iyulun 11-i Tehranda keçirilib. Dini liderin görüşünə qatılanlar “İslami oyanış və qadınlar” mövzusunda keçirilən beynəlxalq toplantının iştirakçıları olub.
Qəbulda söz alan Mehparə Səmədova öncə Azərbaycan dilində ayətullah Xamneyiyə deyib ki, qızı Zəhraxanım ona şeir yazıb. Daha sonra Mehparə Səmədova qızının yazdığı şeiri əlindəki kağızdan fars dilində oxuyub.

Sayt fars dilində oxunan şeirin tərcüməsini təqdim edib:

Ey vilayətin* parlaq ulduzu,
Ey hidayət və səadətin yolu,
Ey İranın qamətinə hündür dağ,
Ey üsyanlar qarşısında möhkəm dayanan,
Sizi görməkdən sevinmişik,
Biz Xomeyni ruhunun aşiqi olmuşuq.

*İran İslam Respublikasında vilayəti-fəqih vəzifəsini daşıyan vəliyi-fəqih ayətullah Xamneyi nəzərdə tutulur.

Görüşdən video yayan "İslamazeri.az” saytı tədbirdə başqa azərbaycanlı xanımların da iştirak etdiyini xəbər verir.

Qeyd edək ki, Mövsüm Səmədov ötən il yanvarın 8-də polisə tabe olmamaq ittihamı ilə 13 sutka iş alıb. Yanvarın 20-də Mövsüm Səmədova ittiham irəli sürülüb. O, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR