İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysel Əlizadə Aqşin Yeniseyin səhhətindən danışdı

10906 24.05.2014 12:48 Son xəbər A A
“Səsindən hiss elədim ki, yaxşı deyil. Gedib gördüm, doğrudan da səhhəti ağır idi”. Bu sözləri şair Aqşin Yeniseyin keçmiş həyat yoldaşı yazar Aysel Əlizadə şairin səhhəti ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib. Dünən facebook səhifəsində Aqşinin durumu ilə bağlı Səhiyyə Nazirliyinə müraciət üçün mediadan dəstək istəyən Aysel Əlizadə ilə vəziyyəti öyrənmək üçün əlaqə saxladıq. Aysel xanımın dediyinə görə üç gün əvvəl şairin durumu ağırlaşıb və o, təcili yardım çağırıb: “Əslində təcili yardım həmən onu xəstəxanaya aparmalı idi. Xəstəni elə ağır vəziyyətdə qoyub, iki dənə iynə vurub getmək olmaz. Səsindən hiss elədim ki, durumu yaxşı deyil, gedib gördüm doğrudan da pis durumda idi. İki gün təkid elədim, həkimə getmək istəmirdi. Dünən, nəhayət, məcbur elədim. Şəhərin bir neçə klinikasını gəzdik. Analizlərə getdik, USM müayinəsindən keçdik. Nəhayət, gecə keçmiş “Semaşko”ya (Şəhər Klinik Xəstəxanası –red.) yatırdıq. Əvvəlcə Eksperimental Cərrahiyyə İnstitutuna getmişdik. Orda müayinə edib dedilər ki, “Semaşko”ya aparın. Orada növbətçi həkim bizi analizə göndərdi. Ordan “Loğman” klinikasına tanıdığımız bir həkimin yanına getdik. Həkim dərhal müalicəyə başlanmalı olduğunu dedi. Və gecə Şəhər Klinik Xəstəxanası (“Semaşko”) qayıtdıq. Bu gün səhərdən artıq müayinəyə başlayıblar. Vəziyyəti pis deyil. İnanıram ki, xəstəxana rejimi, həkim nəzarəti onu ayağa qaldıracaq”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR