İnsanlara hürriyət, millətlərə istiqlal!

200 tələbənin iştirakı ilə seminar keçiriləcək

1052 05.03.2014 10:47 Son xəbər A A
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən " Docendo Discimus: Təhsilin inkişafı dövlət strategiyası" layihəsi ölkə prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ölkəmizdə ali təhsil alan gənclərimizə öyrədilməsinə xidmət edir. 

Layihədə Dövlət təhsil siyasətindən ən son yeniliklər haqqında tələbələrə geniş informasiya verilməsi nəzərdə tutulub. Xüsusən, artıq icrasına başlanılan yeni təhsil strategiyasının məzmunu, əsası, məqsəd və vəzifələri, hədəfləri və icrası tələbələrə öyrəniləcəkdir. 

Çünki yeni hazırlanan bu strategiya hələ yenicə təhsil ekspertlərinin diqqətini özünə çəkməyə başlayıb, bu səbəbdən də bu strategiyanı həm təhsil verən və təhsil alanlara öyrətmək, həm də öyrənmək lazımdır.

Layihənin əsas məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı  təhsilimizdə ən böyük yenilik kimi dəyərləndirməklə bu strategiya haqqında tələbə gəncləri maarifləndirməkdən ibarətdir. 

Bunu üçün öncədən layihənin nə zaman və harada keçirilməsi ilə bağlı posterlər hazırlanmış və təhsil müəssisələrindəki elan lövhələrinə vurulub. 10-14 mart tarixlərində Bakı Dövlət Universitetində keçiriləcək seminarlar üçün bukletlər və elektron təqdimatlar hazırlanıb. Layihədə keçiriləcək seminarlarda 200 tələbənin iştirakı nəzərdə tutulmuşdur, çap edilən bukletlər isə bütün təhsil müəssisələrində paylanılacaqdır.

Seminarlar peşəkar təhsil ekspertləri və universitet müəllimləri tərəfindən aparılacaqdır. 

Düşünürük ki, yeni təhsil strategiyasını öyrənmək tələbələr- xüsusən gələcəyini elm və təhsillə bağlamaq istəyən tələbələr üçün çox faydalı olacaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR