İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

511 19.04.2018 18:39 Kriminal A A

Siyəzəndə oğurluq faktının üstü açılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aprelin 3-də Bakı şəhər sakini Gülçin Əmiraslanov Siyəzən RPŞ-nə ərizə ilə müraciət edərək Zarat kənd ərazisində yerləşən evindən ümumi dəyəri 4270 manat olan 1 ədəd qaynaq aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarından ibarət əməliyyat qrupu oğurluğu törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Araşdırmalarla onun həmin kənd sakini, əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev olduğu məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib, evdə yaşayış olmadığından istifadə edərək oğurluğu törətdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR