İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov parlamentdəki çıxışında qəzetimizin adını niyə çəkdi – Rauf Arifoğlunun cavabı

6655 19.12.2018 15:12 Gündəm A A

“Qəzetimizin ünvanına parlamentdə səsləndirdiyi fikirləri 3 gün əvvəl bizim özümüzə demişdi, biz də dərc etmişdik”

Deputat Siyavuş Novruzov iş adamı, hüquq professoru İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib. 

O, parlamentin plenar iclasında çıxışında qeyd edib ki, həmin şəxs iki gündən bir “Yeni Müsavat” qəzetinə iki səhifəlik müsahibə verir və deputatları ittiham edir: “O, Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər edib. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyətindən yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı  tanıyırıq, o cümlədən onu da”.

Kənardan belə görünür ki, S.Novruzovun sözügedən çıxışında “Yeni Müsavat”a sətiraltı bir qınaq da var. Əcəba, professor İlham Rəhimovun qınanması prosesinə “Yeni Müsavat” qəzeti də qatılırmı? Ona tribuna verdiyi üçün YAP funksioneri (deputatı) “Yeni Müsavat” qəzetini ittihammı edir?

Musavat.com S.Novruzovun dediklərinin hansı təəssürat yaratması ilə bağlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə danışıb. R.Arifoğlu dedi ki, S.Novruzovun çıxışında ünvanımıza hər hansı bir qınaq və ya ittiham hiss etməyib. Onun fikrincə, S.Novruzov qəzetin nə demək olduğunu yaxşı bilir: “Düz deyir, bizə müsahibə vermək çox rahat işdir və Azərbaycanın tanınmış bütün simaları bizim platformada çıxış edə bilərlər. O cümlədən də Azərbaycan vətəndaşı, professor İlham Rəhimov. (Arayış üçün deyim ki, İ. Rəhimovun yaşayış yeri Bakıdır və Rusiyada yaşaması iddiası yanlış məlumatdan qaynaqlanır.) Hörmətli  Siyavuş bəy də bizim qəzetdə müntəzəm çıxış edir. Sonuncu çıxışı da bir neçə gün əvvəl olub. Professor İlham Rəhimov bizim müxbirlərə verdiyi müsahibəsində Siyavuş Novruzovun ünvanına müəyyən qınaqlar səsləndirmişdi. Bu da deputatın ona cavab vermək haqqını yaratmışdı. Biz dərhal Siyavuş bəydən də fikir aldıq. O da parlamentdə səsləndirdiyi fikirləri daha geniş və daha səlist, üstəlik, ad çəkərək üç gün əvvəl “Yeni Müsavat” qəzetində və musavat.com saytında səsləndirilmişdi. Qəzetimizin ünvanına parlamentdə səsləndirdiyi fikirləri də bizim özümüzə söyləmişdi, biz də dərc etmişdik. Bir sözlə, onun qəzetimizin adını çəkməsi bizə qınaq deyil, detaldı”.

Sevinc TELMANQIZI, musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR