İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxarov mükafatı siyasi məhbuslara təqdim edildi

1164 15.11.2014 09:20 Siyasət A A


Məlum olduğu kimi, bu il Saxarov mükafatı hazırda həbsdə olan Azərbaycanın vicdan məhbuslarına və siyasi dustaqlara da toplu halda verilib. Onların hər birinin fotoları təqdimat zamanı zalda quraşdırılmış monitorda göstərilib. 

Təqdimatda tanınmış belaruslu hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Ales Bialiatski çıxış edib, sonra da İntiqam Əliyevə dəstək olaraq, onun şəkli olan köynəyi geyinib. O deyib ki, bir vaxtlar onun da şəkli bu zalda nümayiş etdirilib. 

Osloda Norveç Helsinki Komitəsinin insan hüquqları üzrə fəxri mükafatı simvolik olaraq Azərbaycandakı 100-ə yaxın siyasi məhbusa təqdim olunub. Hüquq müdafiəçilərinin yaxınlarının Norveç ictimaiyyətinin, Azərbaycandan gələn qonaqların iştirakı ilə keçirilən tədbirdə mükafatı məhbusların yaxınları qəbul edib. 

Xatırladaq ki, mükafatçılar sırasında Müsavat başqanının üç müavini- Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimov var.

“Azadlıq” radiosunun təqdim etdiyi videoreportajda tədbir iştirakçılarından bəzi sitatlar yer alıb. Onları təqdim edirik. 

Norveçin xarici işlər üzrə dövlət katibi: “Mənim işimin bəlkə də ən böyük üstünlüyü Azərbaycandan və dogər ölkələrdən olan insan haqları müdafiəçiləri ilə görüşməkdir. 
Keçmiş Belarus siyasi məhbusu: “Hələ iyun ayında İntiqam Əliyev mənim şəklimlə köynək geyinmişdi. İndi də mən onun şəkli olan köynəyi geyinirəm”.

Arif və Leyla Yunusun qızı: “Bu şəkli sonuncu dəfə biz bir yerdə olanda çəkmişəm. İndi atam bir məhbəsdə, anam başqasında. Mənim bu dünyada onlardan başqa heç kimim yoxdur, onları geri istəyirəm”. 

Norveçin Bakıdakı keçmiş səfiri Steynar Gil: “Azərbaycan hakimiyyətinə sözüm? Siyasi məhbuslar dərhal azad olunmalıdır”.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR