İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər əleyhinə kitabımız Rusiyada ermənilərin xeyrinə təhrif edilir

10716 12.01.2017 11:05 Siyasət A A

Yazıçı-tədqiqatçı Xəqani İsmayıl uzun illər bir çox arxivlərdə və elmi mərkəzlərdə çalışıb. O, yeni və çox mühüm tarixi sənədlər aşkar etməklə bərabər, ensiklopedik tarixi araşdırma apararaq ermənilərin həm türk-müsəlmanlara, həm də xristianlara və yəhudilərə qarşı soyqırımı, aktlarını özündə əks etdirən “Erməni məsələsi” və türk-müsəlman soyqırımı" əsərini ərsəyə gətirib. 

Əsərə Prezident Administrasiyasının məktubu əsasında AMEA-da baxılaraq yüksək rəy verilib. İngilis və rus dillərində məhdud sayda siqnal nüsxələri bu ilin ortalarında işıq üzü görən bu kitab artıq bir sıra dövlətlərin (ABŞ, Yaponiya, Rusiya və s.) elmi mərkəzlərinin diqqətini cəlb edərək onların saytlarında təqdim edilir. Azərbaycanlıların 31 mart soyqırımını beynəlxalq müstəvidə daha zəngin əsaslarla gündəmə gətirmək üçün müəllifin aşkar etdiyi yeni sənədlər: Stepan Lalayanın cinayət işinin ingiliscəsi (İngilis soruşdurma bəlgələri), habelə erməni təcavüzü nəticəsində xalqımızın kütləvi qırğına məruz qalması faktlarını qiymətləndirmək üçün Avropa İstintaq Komissiyası yaradılması yönündə Azərbaycan hökumətinin 1918-1920-ci ildəki beynəlxalq yazışmaları qəbildən tarixi sənədlər; bunlardan əlavə, erməni daşnaklarının Orta Asiyanın cənub-qərbinə gizli ərazi iddiasını təsdiq edən çar Rusiyası dönəminə aid arxiv sənədi də kitabda yer alan ən əhəmiyyətli sənədlər qrupu sırasındandır.

Xəqani İsmayılın Türk Dünyasının baş ağrısına çevrilmiş  “erməni soyqırımı” iddialarını təkzib edən araşdırmaları isə ABŞ, Britaniya, Türkiyə, Rusiya arxiv materiallarına əsaslanaraq opponentlərə heç bir şübhə yeri qoymayan tarixi dəlillərlə zəngindir. Müəllif kitabında həmçinin ermənilərin bəzi xristian xalqlara qarşı mədəniyyət davalarını və ərazi iddialarını (o sıradan ruslara qarşı) da incələyərək, xristian mənbələri ilə erməni millətçilərini ifşa edir. Ancaq Ermənistan oxucularına hələ 2005-ci ildən imzası tanış olan Xəqani İsmayılın artıq ingilis dilində yayımlanmış bu kitabı erməni millətçilərinin yuxusunu ərşə çəkib. Gürcü və türk alimlərinin də çox ciddi qarşıladığı bu dəlilləri təkzib etməyin mümkün olmayacağını anlayan erməni başbilənləri Rusiya Dövlət Kitabxanasının qeydiyyat işlərinə müdaxilə edərək kitabın mövzusunu saxtalaşdırıblar. 



Müəllif redaksiyamıza gələrək ermənilərin bu addımından öz narahatlığını bildirdi: “Bizim tədqiqatlarımız ”"Erməni məsələsi və türk-müsəlman soyqırımı" adlı ensiklopedik araşdırma toplusudur. Bu kitabda əsas diqqət çəkən yeni araşdırmalar ondan ibarətdir ki, Türkiyə, Kipr, İran, Qafqazlar və Orta Asiya bölgəsində erməni məsələsi və onların torpaq iddiaları, törətdiyi soyqırımlar və türk qoşunlarının xilasedici hərəkatı ilə bağlı yeganə müfəssəl bir kitabdır. Bu kitabda o dövr hadisələrin əksəriyyəti tədqiq olunub və işıqlandırılıb. Bundan başqa, ermənilər həmişə özlərini yəhudi soyqırımının təəssübkeşləri kimi təqdim edirlər. Ancaq bizim tədqiqatda öz əksini tapan faktlar göstərir ki, ermənilər 1918-ci ildə Quba bölgəsində yəhudiləri kütləvi şəkildə  soyqırıma uğradıblar.  Bizim bu tədqiqatlarımız Türkiyədə də böyük əks-səda doğurdu. 

Ancaq Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən bu araşdırmaya hansısa müsbət reaksiya görmədik. Ağsaqqallar Şurasının sədri Asif Məmmədovla birgə Xarici İşlər Nazirliyinə müraciət də etdik. Ancaq irəliləyiş olmadı. Bizim əlimizdə bu kitabın ingilis və rus dilində nümunələri var. Nümunələrdən biri də “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” adlanır. Bu kitab artıq Stenford Universitetinin, ABŞ konqresinin əlyazmalar  kitabxanasının, Rusiya Dövlət Kitabxanasının, bir çox yapon kitab kataloqlarının diqqətini çəkib. Çox təəssüf ki, Rusiya Dövlət Kitabxanası kitabın annatasiyasını, mövzusunu öz saytında təhrif edir.  

Bu kitabın Türkiyənin müxtəlif dövr tarixinə aid erməni məsələsinə həsr olunmuş bir kitab olduğunu bildirir, sonra da göstərir ki, bu, erməni soyqırımının 90 illiyinə həsr olunub. Ancaq məlumdur ki, bizim kitabın əsas mövzusu ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı bir çox coğrafiyalarda törətdiyi soyqırımlardır. Bizim kitabın naşiri “Müəllim” nəşriyyatının direktoru Mustafa Şəfiyev yeni ildən öncə öz etiraz məktubunu Rusiyanın Azərbaycandakı səfiri Daroxinə göndərib".

Qarabağ Ağsaqqallar Şurasının sədri, BMT-nin Ümumdünya Sülh Federasiyasının sülh səfiri Asif Məmmədov bu kitabın ərsəyə gəlməsində müəllifin yaşadığı çətinliklərdən danışdı: “Xəqani bəy ilk dəfə siqnal olaraq bu kitabı Azərbaycan dilində çap elədi. Bizim görüşümüz oldu və o çox həyəcan keçirirdi ki, bu kitaba heç kim yaxın durmur ki, çap edilsin. Xəqani bəy özü nə qədər mülkiyyəti vardısa, hamısını satıb xarici ölkələrin arxivlərində işləmək, bu kitabı ərsəyə gətirmək üçün xərcləyib. Təəssüflər olsun ki, Azərbaycanda heç kim yaxın durub bu kitabı çap etmək istəmir. Mən Qarabağla bağlı olan bu kitab haqda eşidəndə çox həyəcan keçirdim. Bir çox iş adamlarına müraciət etdik. Ancaq təəssüflər olsun ki, onlar bu məsələni biləndə telefon nömrələrini dəyişdilər ki, onlarla əlaqə saxlaya bilməyək. Sonda bir məclisdə bir ziyalı ilə görüşdük. Kitab barədə məlumat verdim. Kitabda da, göründüyü kimi, ermənilər öz məqsədləri üçün nəinki müsəlmanları, türkləri, hətta istənilən xalqı qırmağa hazırdır. Görüşdüyümüz ziyalı bizə kömək etməyə söz verdi. 250 ədəd kitab çap edib bizə yardım etdi. Elmlər Akademiyasının nümayəndələri bu kitab haqda yüksək səviyyədə öz müsbət fikirlərini bildirdilər. Biz hansı səfirliyə müraciət etdiksə, bizə dedilər ki, bunun ruscasını verin yayaq. Biz də bunun rusca nəşrinə çox çalışdıq. Bizim bu kitabı çap etdirməkdə məqsədimiz odur ki, ermənilərə dəstək verən xristian ölkələri görsün ki, ermənilər yalnız müsəlmanlara qarşı deyil, həm də xristianlara qarşı soyqırım törədiblər. Xəqani bəy hazırda borc içində, çətin bir vəziyyətdədir. Bu yaxınlarda Avropada Xəqani bəyin kitabı barədə tədbir keçiriləcək. Bizim əsas məqsədimiz ermənilərin iç üzünü açmaqdır”. 

Günel MANAFLI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR