İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp Misir prezidentini ABŞ-a dəvət edib

987 23.01.2017 23:29 Siyasət A A
ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdül Fəttah Əs-Sisinin Vaşinqtona səfərini gözləyir.

"Report" xəbər verir ki, bu barədə Misir prezidentinin ofisi məlumat yayıb.

Bazar ertəsi Tramp və Əs-Sisi arasında telefon danışığı olub.

"ABŞ prezidenti Əs-Sisinin Vaşinqtona səfərini gözləyir və bu səfər hazırda diplomatik kanallar vasitəsi ilə hazırlanır", - deyə "Reuters" Misir tərəfinin bəyanatını sitat gətirib.

Əs-Sisi Yaxın Şərq regionunda Trampla danışan ikinci dövlət lideri olacaq. ABŞ prezidenti bundan öncə İsrailin baş naziri Binyamin Netanyahu ilə söhbətləşmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR