İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün AŞPA-nın qış sessiyası başlayır

547 23.01.2017 08:10 Siyasət A A

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır. Məlumata görə, Strasburqda keçiriləcək iclas yanvarın 27-nə qədər davam edəcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. 

Milli Məclisin rəsmi saytı vasitəsi ilə yayılan xəbərdə qeyd olunur ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-dən 28-dək Strasburqda səfərdə olacaqlar.

Nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri - parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov,   Sabir Hacıyev, Rövşən Rzayev, Qənirə Paşayeva, Elxan Süleymanov və  Müslüm Məmmədov  daxil olduqları bildirilir.
Sessiya çərçivəsində qurumun Nazirlər Komitəsinin, Daimi Komitəsinin və Bürosunun hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş prezident seçkilərinin, Makedoniyada parlament seçkilərinin nəticələri, Avropada media azadlığı və jurnalistlərə qarşı zorakılıq, Qəzzada humanitar böhran, Onlayn media və jurnalistika, Ukraynada demokratiya institutlarının fəaliyyəti, Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, həmçinin regionun stabilliyi üçün risklər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Almaniya, Fransa, Finlandiya, Danimarka, Avstriya və Çexiyanın AŞPA qarşısındakı öhdəliklərinin də müzakirəsi nəzərdə tutulmuşdur.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, sessiyanın gündəliyinə Türkiyə və Ukraynada demokratiya institutlarının fəaliyyəti məsələləri, Suriya böhranı, jurnalistlərə hücum, onlayn-media və Avropada KİV azadlığı məsələləri daxildir. Bildirilir ki, sessiyada həmçinin Kipr prezidenti Nikos Anastasiadisin, Rumıniya prezidenti Yohannis Klausun, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Komissarı Yohannes Xanın çıxışları planlaşdırılıb.

Məlumata görə, deputatlar qarşısında Avropa Şurasının baş katibi Turbyorn Yaqland da çıxış edəcək.

Əli Rais

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR