İnsanlara hürriyət, millətlərə istiqlal!

“Borçalı” Cəmiyyətindən Batum Forumu açıqlaması

663 27.11.2014 03:05 Siyasət A A

“Batumidəki Vətəndaş Cəmiyyəti Forumunda baş verənlər bir sıra prizmadan baxılaraq təhlil oluna və müxtəlif nəticələr əmələ gələ bilər. Baş verənlərə azadlıq və ya beynəlxalq hüquq prinsipindən yanaşsaq, başqa nəticə almaq olar”. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli gündəmin əsas mövzularından olan Gürcüstanın Batumi şəhərində düzənlənən tədbirdə anti-Azərbaycan mövqeyin sərgilənməsi səbəbindən baş verən qalmaqala münasibət bildirərkən “Musavat.com”-a yuxarıdakıları bildirib. 

Z.Məmmədli qeyd edib ki, baş verənlərə biz daha çox azərbaycançılıq, milli maraqlarımız çərçivəsindən yanaşmalıyıq: “Hesab edirəm ki, heyət üzvləri baş verən təxribata məhz bu prinsiplə yanaşıblar və doğru ediblər. Bu prosesdə vahid milli mövqe nümayiş etdirilməsində Rauf Arifoğlunun rolu  təqdiredicidir. Biz ölkədən bir addım kənarda ölkəmizin, millətimizin, kültürümüzün təmsilçisiyik. Təəssüf ki, siyasi sistemdəki anormallıqlar bəzən ortaq dəyərlərimizə, milli təəssübkeşliyə kölgə salmaqdan çəkinmirik. Bu, patologiyadır”. “Borçalı”nın rəhbəri situasiyanın dəyişikliyini zəruri sayır: “Gələcəkdə siyasi sistemimizi yönəldənlər və bu vəziyyətin doğurduğu fəsadları müşahidə edən başbilənlərimiz başlarını işlədib bu anormallıqları aradan qaldırmalıdırlar. Biz bu cür tədbirlərdə bu cür təxribatlara səbəb ola biləcək əməllərə sahib olmamalı, daha demokratik dövlətə çevrilməliyik ki, buna da məncə, imkanlarımız yetərincədir. Sadəcə siyasi iradə lazımdır. Forumda bu da təsdiqini tapdı ki, biz müxtəlif siyasi, ideoloji platformada olsaq da, bir ola, vahid mövqe ortaya qoya bilərik”.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR