İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

843 24.01.2017 11:42 Siyasət A A

Azrəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb. 

Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarıi Serqey Lavrov ilə görüşəcək. 

Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq. 

Bundan əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR