İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Abdullayev ATƏT rəsmisi ilə görüşüb...

1589 31.07.2013 17:52 Siyasət A A
Fransada yaşayan azərbaycanlı tədqiqatçı jurnalist Elnur Məcidli, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə birgə mərkəzi Avstriyanın paytaxtı Vyanada yerləşən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibliyində görüşlər keçirib. Bu barədə məlumatı musavat.com-a Elnur Məcidli yollayıb.

Günün 1-ci yarısı davam edən görüşlərdə əsas müzakirə mövzuları Mahir Abdullayevin cinayət işi, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin bərpası, Azərbaycanda keçiriləcək prezident seçkiləri olub.

Həmçinin ATƏT-in insan alveri ilə mübarizə üzrə  xüsusi nümayəndəsi Mariya Qrasia Cammarinaronun insan orqanlarının alverinə həsr olunmuş "ATƏT məkanında orqanların nəqli məqsədilə insan alveri" adlı tədqiqat-hesabatı da geniş müzakirə olunub.

ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi təmsilçiliyinin baş koordinatoru Vera Gracheva ilə görüş zamanı Elşad Abdullayev ABU-nin Tibb Mərkəzi ilə bağlı deyilənlərin əsassız olduğunu, o Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdikdən sonra haqqında bu cür qondarma cinayət işləri açıldığını bildirib.

ABU Tibb Mərkəzi ilə bağlı rəsmi sənədləri  ATƏT rəsmisinə təqdim edən Elşad Abdullayev, bu tibb mərkəzinin keçmiş baş həkimi Dilarə İsmayılova ilə təsisçi müqaviləsi bağladığını, mərkəzin fəaliyyətinə qarışmadığını və əgər orada hansısa qanunsuzluq baş verdiyi təqdirdə müqavilədə göstərildiyi kimi, baş həkimin məsuliyyət daşıdığını qeyd edib.

Dilarə İsmayılova haqqında hər hansı cinayət işinin açılmadığını və əksinə ABU Tibb Mərkəzi bağlandıqdan sonra ona daha böyük xəstəxanada baş həkim vəzifəsi verildiyini deyən Elşad Abdullayev bütün bunların prezident aparatının icra müdiri Ramiz Mehdiyevin sahibi olduğu universiteti ələ keçirmək üçün növbəti təzyiq metodu olduğunun ortaya çıxdığını söyləyib.

2 saat davam edən görüş zamanı Vera Gracheva təqdim olunan müraciətləri və sənədləri diqqətlə incələyib və lazımi qeydlər götürüb.

Eyni zamanda Vera Gracheva son hesabatda ABU-nun və onun tibb mərkəzinin adının hallanmadığını, lakin Azərbaycanda qara transplantasiya ilə bağlı məsələlərin olduğunu, mətbuatın bu cür təqdim etməsinə görə Cammarinaronun xüsusi açıqlama verəcəyini bildirib.

Prezident aparatının icra müdiri Ramiz Mehdiyevin göstərişiylə Əli Həsənovun nəzarət etdiyi KİV-lərin məlum hesabatı oxumadan yalan xəbəri tirajlamasını ATƏT rəsmilərinin diqqətinə çatdıran Elşad Abdullayev adı çəkilən KİV-ləri məhkəməyə verərək, pozulmuş hüququnun bərpasına çalışacağını ifadə edib.

Növbəti görüşlər Berlində, Brüsseldə Avropa parlamentinin nümayəndələri ilə və o cümlədən Euronews kanalında keçiriləcək.

Keçirilmiş və keçiriləcək bütün rəsmi görüşlər 3 əsas mövzunu əhatə edir.

Mahir Abdullayevin oğurlanması cinayəti, Azərbaycan Beynəlxalq Universitetinin bağlanması və ölkədə keçiriləcək prezident seçkiləri müzakirə olunan 3 prioritet mövzudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR